19.09.2018 Gündəlik Bürclər (19 Sentyabr 2018 Günlük Bürclər)

18 Eylül 2018
4 704
0
19.09.2018 Gündəlik Bürclər (19 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.

Buğa - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

Əkizlər - İmkan daxilində bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin.

Xərçəng - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.

Şir - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.

Qız - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.

Tərəzi - İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.

Əqrəb - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

Oxatan - Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

Oğlaq - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

Dolça - Çağrılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.

Balıqlar - Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.