24.09.2018 Gündəlik Bürclər (24 Sentyabr 2018 Günlük Bürclər),gunluk burcler,2018,sentyabr,gundelik,astroloji,ulduz fali

24.09.2018 Gündəlik Bürclər (24 Sentyabr 2018 Günlük Bürclər)

23 sentyabr 2018
3 849
0
24.09.2018 Gündəlik Bürclər (24 Sentyabr 2018 Günlük Bürclər)
Qoç – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir. Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.

Buğa - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.

Əkizlər - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.

Xərçəng - Ətrafınızdakıların sizi lazımınca başa düşməməsi səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.

Şir - Yaxşı olar ki, əsas vaxtınızı istirahətə həsr edəsiniz. Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin. Səfərə çıxmaq daha maraqlıdır.

Qız - Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.

Tərəzi - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.

Əqrəb - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.

Oxatan - Ulduzlar ayın ən uğurlu günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.

Oğlaq - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə də fikir verin.

Dolça - Bu gün bürcünüzün "hakimiyyət kürsüsündə" əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can atmayın.

Balıqlar- Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə ehtiyatlı olun.
Şərh Yaz