29.09.2018 Gündəlik Bürclər (29 Sentyabr 2018 Günlük Bürclər)

28 Eylül 2018
4 986
0
29.09.2018 Gündəlik Bürclər (29 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - Əsas uğurunuz maliyyə sahəsində mümkündür. Odur ki, kisənizi hazır tutun. Həmkarlarınızla münasibətlərinizə xələl gəlməsin deyə, qalmaqallı situasiyalara həvəs göstərməyin.

Buğa- Təxminən saat 13-ə qədər iştirakçısı olduğunuz situasiyalar ovqatınıza mənfi təsir göstərə bilər. Buna baxmayaraq, təmkin göstərməlisiniz ki, hər şey sakit ötüşsün. Varlanma ehtimalınız da var.

Əkizlər- Üzərinizə düşən öhdəliklərə məsuliyyətlə yanaşsanız, bütün planlarınız reallığa yaxınlaşacaq. Buna baxmayaraq, yersiz risklərə də yol verməməlisiniz. Ziyarətgahlara gedin.

Xərçəng- Daha çox fəaliyyət göstərdiyiniz idarə və müəssisələrdə ehtiyatlı olmalısınız. Boş yerə mübahisə yaratsanız, nüfuzunuza xələl gələcək. Axşama doğru kosmik fon xeyrinizə işləyəcək.

Şir - Ulduzlar bu gün xeyli yorulacağınızdan xəbər verir. Amma naharat olmamalı, gördüyünüz işlərdən zövq almalısınız. Nahardan sonra sizə maddi borcu olanlara müraciət edin.

Qız - Aktiv gün olmadığından nəzərdə tutduğunuz planları təxirə salın. Gücünüzü daha çox ailə-məişət problemlərinin həllinə yönəldin. Şəxsi büdcənizin artma ehtimalı da böyükdür.

Tərəzi - Bu gün bütün ixtiyar öz əlinizdə olduğundan ölçülü-biçili hərəkət etməlisiniz. Əgər müsbət müstəviyə həvəs göstərsəniz, günün sonuna qədər ovqatınız yüksək olacaq. Çılğın olmayın.

Əqrəb - Yaxşı olar ki, Tanrı qanunlarını pozmayasınız. Əks təqdirdə, bu günü gərgin şəkildə başa vuracaqsınız. Ulduzlar ikitərəfli əməkdaşlıqda böyük uğurlardan xəbər verir.

Oxatan - Aldanma ehtimalınız böyüdüyündən tədbirli olmağınız vacibdir. Ola bilsin ki, ətrafınızdakılar pulla bağlı sizə kələk gəlsinlər. Axşamı ailə-sevgi münasibətlərinə həsr edin.

Oğlaq - Şəxsi işlərinizdə müsbət dönüşün yaranacağına təminat verən ulduzlar vaxtınızı boş yerə itirməməyi tövsiyə edir. Nahardan sonra əsas diqqətinizi bütünlüklə sevgiyə həsr edin.

Dolça - Yeni təkliflər ala bilərsiniz. Lap səhər saatlarından bu şansa hazır olun ki, nəticədə qalib gələsiniz. Pula görə də narahat olmayın. Çünki sevincli vaxtınızın yetişməsinə az qalıb.

Balıqlar - Məhsuldarlığınız artdığından bugünkü öhdəlikləri layiqincə yerinə yetirə bilərsiniz. Qərarlarınızda sərt, eyni zamanda qərəzsiz olun. Səfərə çıxmaq fikrinizi reallaşdırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.