08.10.2018 Gündəlik Bürclər (8 Oktyabr 2018 Günlük Bürclər)

07 Ekim 2018
4 947
0
08.10.2018 Gündəlik Bürclər (8 Oktyabr 2018 Günlük Bürclər)
Qoç - Bu vaxta qədər baş verən cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar elə səhər saatlarından aradan qalxmağa başlayacaq.

Buğa - Bütün vacib planlarınızı saat 15-ə qədər həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Daşınmaz əmlak alış-verişindən uzaq olun.

Əkizlər - Ulduzların düzümü saat 13-ə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyindən xəbər verir. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız.

Xərçəng - Xırda mübahisələri nəzərə almasaq, bu gün sizin üçün normal keçəcək. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Öz ideyalarınızı beyinlərə təmkinlə yeridin.

Şir - Saat 12-yə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz.

Qız - İxtiyarınızda kifayət qədər təzadlı bir tarix durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan imtina edin.

Tərəzi - Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.

Əqrəb - Saat 14-16 aralığını nəzərə almasaq, bu gün tam mənasıyla ürəyinizcə olacaq. Amma gərək “bir əldə iki qarpız” tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Sürprizləriniz də çox olacaq.

Oxatan - Gün ərzində boş dayanmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu gün heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.

Oğlaq - Bu gün bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun.

Dolça - Ulduzlar məsləhət görür ki, pul problemlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də, bu təqvimi kasıbçılıqla başa vuracaqsınız. Bu səbəbdən əsas diqqətinizi münasibətlərə yönəldin.

Balıqlar - Ötən günlərlə müqayisədə bu günün sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması bürcünüzün aktivləşməsi ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli əlaqələr mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.