11.10.2018 Gündəlik Bürclər (11 Oktyabr 2018 Günlük Bürclər)

10 Ekim 2018
5 975
0
11.10.2018 Gündəlik Bürclər (11 Oktyabr 2018 Günlük Bürclər)
Qoç – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Fəaliyyətinizə mane olan məşğuliyyətdən uzaqlaşın.

Buğa – Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləyin. İndi sizin enerji məhz bu müstəvidən qidalanacaq. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizlik deyil.

Əkizlər – Döyüş taktikasına görə, ilk hücum edən qələbə çalır. Siz də haqq işinizin uğurlu nəticəsi üçün ilk addımı özünüz atmalısınız. Proqnozlara gəlincə, nahardan sonra maraqlı təkliflər olmalıdır.

Xərçəng – Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Ailə-sevgi münasibətlərində isə yol verdiyiniz səhvləri düzəltməyə çalışın. Maliyyə problemlərinizi təcili çözün.

Şir – Qarşınızda ilahi bir gün var. Bu səbəbdən mübahisələrdən yayınmalı, qeyri-ciddi adamlarla oturub-durmamalısınız. Yalan vədlər verməyin. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.

Qız – Pulla bağlı problemləri nəzərə almasaq, bu gün hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. Günorta saatlarından başlayaraq şəxsi işlərinizdə əsaslı dönüş baş qaldırmalıdır.

Tərəzi – İnsanlara etibarsızlıq etməyin, planlarınızın reallaşmasında isə mənasız yerə risk ə getməyin. Yalnız bu halda günün ümumi uğurlarını özünüzə cəlb edə bilərsiniz. Gecə qalmamaq şərtilə səfər etmək olar.

Əqrəb– Bu gün əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə vaxtdan bəri gərilən əsəbləriniz özünü bir az da qabardacaq. Müalicə səmərəli olar. Axşama doğru yaxşı xəbərlərə hazır olun.

Oxatan– Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Saat 16-dan sonra varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın. Sözübütöv olun.

Oğlaq – İstər qarşılıqlı münasibətlərdə, istər ailə-sevgi məsələlərində, istərsə də maliyyə sahəsində uğurlarınız artmalıdır. Amma istənilən sövdələşmə və müzakirələrdə ölçülü-biçili addımlar atmalısınız.

Dolça – Fəaliyyət zəminində müəyyən mənada gərginliklər ola bilər. Ona görə də riskli və qeyri-ənənəvi heç bir işə həvəs göstərməyin. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın. Bəxtinizdə pul var.

Balıqlar – İş və maddi durum yol versə, evinizə təzə əşya və ya özünüzə geyim alın. Bunun sizə böyük əhəmiyyəti dəyəcək. Əks cinslə münasibətlərdə mülayim mövqe nümayiş etdirin. Yağlı qidalardan çəkinin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.