15.10.2018 Gündəlik Bürclər (15 Oktyabr 2018 Günlük Bürclər)
Buğa - Astroloji göstəricilər günün ilk yarısını düşərli sayır. Bu baxımdan bütün planların icrasını həmin vaxta salın. Əgər təklif alsanız, razılıq verin. Amma saat 15-dən sonra özünüzü “müharibə şəraitində” zənn edin.
Əkizlər - Vaxtınızın çoxunu evdə, sevdiyiniz adamlarla birlikdə keçirin. Ailənizin təminatını ödəməyə çalışın. Axşama doğru büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək.
Xərçəng - Qarşılıqlı münasibətlərdə mənəm-mənəmlik edən insanlarla söz çürütməyin. Əks halda əsəbləriniz pozulacaq. Öz xeyirxah düşüncələrinizə aludə olun. Ümumiyyətlə, bu gün neqativ məkan və insanlardan uzaq olun.
Şir - Yuxusuzluq və iştahasızlıq sizi üzüb. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın.
Qız - Uğurlu bir zaman kəsiyindən keçəcəksiniz. Bu yolda təkbaşına deyil, ürəyinizə yaxın adamlarla birlikdə addımlayın. Heç bir işi yarımçıq qoymayın, vədlərinizə xilaf çıxmayın. Kəsici alətlərdən qorunun.
Tərəzi - Hər hansı problemdən qorxmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu gün heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.
Əqrəb - Gərək “bir əldə iki qarpız” tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür.
Oxatan- Saat 12-15 aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz: cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. Qalan saatlar problemsizdir.
Oğlaq - Həlledici qərar çıxarmaq həmişə çətin olur, amma siz ağıllı olduğunuz üçün bunu bacaracaqsınız. Ürəyinizdə gəzdirdiyiniz böyük ideyalara doğru əzmlə addımlayın, cılız adamlara fikir verməyin.
Dolça - Daxilinizdə bir xeyriyyəçi obrazı yaratmağınıza ehtiyac duyulur. Özünüz ehtiyaclı kimi zənn etməkdənsə, ehtiyac duyanlara yardımçı olun. Hər şeyi pulla ölçməyin, dünyada əm dəyərli şeylər pulsuzdur axı.
Balıqlar - Bütün göstəricilər fəallıqdan bir qədər uzaq düşəcəyinizi ortaya qoyur. Qarşıdakı gününüzü də məhz buna uyğun olaraq tənzimləyin. Keçmiş həyatınızda önəmli olan insanlarla əlaqə yaradın.