22.10.2018 Gündəlik Bürclər (22 Oktyabr 2018 Günlük Bürclər)

21 Ekim 2018
6 117
0
22.10.2018 Gündəlik Bürclər (22 Oktyabr 2018 Günlük Bürclər)
Qoç - Bəlkə də bu ayın ən uğurlu gününü yaşayacaqsınız. Ətrafınızda cərəyan edən bütün proseslər zövqünüzə uyğun olacaq. Hətta ağlınıza gətirmədiyiniz istiqamətdən təkliflər də ala bilərsiniz.

Buğa - Bəxtinizdə həddindən ziyadə uğurlu təqvim durur. Ötən ongünlükdə icra edə bilmədiyiniz işlərinizi məhz bu gündən başlayaraq yoluna qoya bilərsiniz. Böyük dəstək alacağınız da mümkündür.

Əkizlər - Ulduzların düzümü sevindirici xəbərlər eşidəcəyinizi bəyan edir. Ola bilsin ki, uzaqda yaşayan doğmalarınızla bağlı hansısa könülaçan hadisə baş versin. Odur ki, əlaqə saxlayın.

Xərçəng - Dünəndən mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan daxili gərginliyiniz arta bilər. Lakin özünüzdə təpər tapıb mübahisələrdən yayınmalı, yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.

Şir - Qarşınızda duran gün daha çox şəxsi büdcənizin tənzimlənməsində əhəmiyyətli rol oynayacaq. Odur ki, ayın sonuna qədər maddi durumunuzu qənaətbəxş edəcək bu prosesə indidən başlamalısınız.

Qız - Fəaliyyət zəminində müsbət dönüşlərə hazır olun. Həmkar və rəhbərlərinizlə münasibətləri mülayimləşdirin. Nahar ərəfəsində hansısa sürprizin şahidi olacağınız da gözlənilir.

Tərəzi - Bu gün təmasda olduğunuz insanların qayğısına qalmağa çalışın. Onların problemlərinin öhdəsindən gələ bilərsinizsə, tələsin. Qoy bu addımınız Tanrı yanında savablarınızı artırsın.

Əqrəb - Pul məsələlərində kifayət qədər ehtiyatlı olun. Çünki göstərilən sahədə dələduzlarla rastlaşma ehtimalınız var. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Səfərə çıxmayın.

Oxatan - Təxminən saat 16-ya qədər ümumi işlərinizdə gərginlik hökm sürəcək. Kənar təsirlərdən maksimum yayınmağa çalışın. Əks təqdirdə, nəzərdə tutduğunuz ədalətli işlər pozulacaq.

Oğlaq - Müxtəlif yeniliklərlə zəngin olan bu gözəl təqvim sizə sevinc gətirəcək. Hansısa xoşagəlməzlik və ya konflikt barədə isə düşünməyə dəyməz. Qərarlarınızda qəti olun. Riskdən qorxmayın.

Dolça - Qarşılıqlı anlaşma üçün olduqca əhəmiyyətli vaxtdır. İşgüzar sövdələşmələr aparmaq, müqavilələr bağlamaq istəyirsinizsə, boş dayanmayın. Yarımçıq işlərinizi yoluna qoyun.

Balıqlar - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimi rahat tərzdə başa vuracağınızdan xəbər verir. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Axşama yaxın qonaq getməyə dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.