01.11.2018 Gündəlik Bürclər (1 Noyabr 2018 Günlük Bürclər)

31 Ekim 2018
6 672
0
01.11.2018 Gündəlik Bürclər (1 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca əlverişlidir.

Buğa- Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki bütün hallarda həkim əlinə düşməyəcəksiniz. Nahardan sonra şad xəbər eşidəcəyinizə inanın.

Əkizlər– Qarşınızda füsunkar bir təqvim var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

Xərçəng- Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

Şir- İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

Qız- Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Sizi gözləyənləri şad edin.

Tərəzi- Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Bu səbəbdən uzaqgörən və dözümlü olun.

Əqrəb– Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Səfərə çıxmayın.

Oxatan- Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Sonrakı ərəfədə sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

Oğlaq- Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi daha çox sevgidən alın.

Dolça– Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Əsas diqqəti münasibətlərə yönəldin.

Balıqlar- Dünəndən mənfi enerjili Ay bürcünüzdə olduğundan fəaliyyətinizdə bəzi neqativliklər ola bilər. Əzm göstərin ki, nəticə uğurlu olsun. Axşam ürəyinizə yaxın simsarlarınıza baş çəkin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.