06.11.2018 Gündəlik Bürclər (6 Noyabr 2018 Günlük Bürclər),gunluk burcler,2018,noyabr,gundelik,astroloji,ulduz fali

06.11.2018 Gündəlik Bürclər (6 Noyabr 2018 Günlük Bürclər)

05 noyabr 2018
4 981
0
06.11.2018 Gündəlik Bürclər (6 Noyabr 2018 Günlük Bürclər)
Qoç- İlk növbədə maliyyə məsələlərində uğurlarınız mümkündür. Bu səbəbdən də nəzərdə tutduğunuz bütün pul haqq-hesablarını həll etməyə çalışın. Qeybətdən və kindən uzaq olun.

Buğa- Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri isə maksimum məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Uzaq səfərlərə çıxmayın.

Əkizlər- İxtiyarınızda olan bu təqvimdə qarşınızda ciddi öhdəliklər duracaq. Bu səbəbdən ulduzlar aktivliyinizi artırmağın vacibliyini vurğulayır. Amma sövdələşdiyiniz şəxslərlə mübahisəyə həvəs göstərməyin.

Xərçəng- Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.

Şir- Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın dostlarınıza müraciət edin. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirə bilər. Ulduzlar pul da vəd edir.

Qız– Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Qərarlarınızda qətiyyətli olun. Saat 13-16 arası istənilən riskli işdən uzaq olun.

Tərəzi- Şəxsi büdcənizdə ciddi artım olacağına inanmalısınız. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.

Əqrəb- Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə vaxtınızı ailə-sevgi məsələlərinə həsr edir.

Oxatan– Ümumən gərgin gün olduğundan mənəvi zövq almaqdan bir qədər məhrum ola bilərsiniz. Çünki rastlaşdığınız situasiyalar, xüsusən də səhhətiniz ürəkaçan olmaya bilər. Amma büdcənizdə artım mümkündür.

Oğlaq- O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.

Dolça- Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verin. Yeganə dincliyiniz səfər və qonaqlıqlarda mümkündür.

Balıqlar- Bu təqvim bürcünüz üçün əlamətdar olacaq. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı yalnız özünüz müəyyənləşdirin.
Şərh Yaz