12.11.2018 Gündəlik Bürclər (12 Noyabr 2018 Günlük Bürclər)

11 Kasım 2018
5 751
0
12.11.2018 Gündəlik Bürclər (12 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Axşam saatlarına qədər Ay bürcünüzdə olsa da, bunun nəzərdə tutduğunuz işlərin həyata keçməsinə maneçiliyi olmayacaq. Əksinə, bütün planlarınız reallığa yaxınlaşacaq. Qidanıza fikir verin.

Buğa- Sevindirici hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, ağlınıza gətirmədiyiniz istiqamətdən işgüzar təkliflər də alasınız. Vaxtınız olsa, müqəddəs yerlərə mütləq baş çəkin.

Əkizlər- Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyətə yönəldəsiniz. Çünki digər sahələrdə xoşagəlməz hadisələr mümkündür. Pulla bağlı bütün planlarınızı təxirə salın. Uzaq yola çıxmayın.

Xərçəng- Ünsiyyətdə olduğunuz hər bir kəslə, ələlxüsus da doğmalarınızla mehriban davranın. Nəzərə alın ki, qarşılıqlı hörmət sizə səmərə verə bilər. Qaranlıq havada daha çox evdə olun.

Şir- Nəhayət ki, neçə gündən bəri davam edən üzüntülü anlarınız arxada qalacaq. Təxminən saat 11-dən etibarən şəxsi işlərinizdə böyük dönüş baş qaldıracaq. Çətinlikdən qorxmayın.

Qız- Maraqlı sövdələşmələr aparmaq üçün kifayət qədər məhsuldar gündür. Qarşı tərəf sizin bütün təkliflərinizə müsbət rəy bildirəcək. Amma gərək lovğalıqdan uzaq olasınız.

Tərəzi- İxtiyarınızda olan bu təqvimdən qeyri-adi heç nə gözləməyin. Necə deyərlər, başınızı aşağı salıb adi işlərlə məşğul olun. Hər dedi-qoduya ciddi yanaşmayın. Daxili orqanlarınızı qoruyun!

Əqrəb- İş üslubunda dönüş yaratmaq üçün şanslarınız artacaq. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə riayət etməyiniz tələb olunur. Özünüzü həmkarlarınızdan daha üstün tutmayın.

Oxatan- Bir qədər problemli gün hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizdə çətinliklər, digər tərəfdənsə pulsuzluq ovqatınızı korlaya bilər. Heç olmasa münasibətləri tənzimləyin.

Oğlaq- Həddindən ziyadə yorğun bir gün yaşamalı olacaqsınız. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etməyə çalışın. Həmkarlarınızla yerli-yersiz mübahisəyə girişməyin.

Dolça- Təxminən saat 16-ya qədər gərgin situasiyalarla üzləşə bilərsiniz. Odur ki, oturub-durduğunuz adamların kimliyini götür-qoy edin. Etibar etmədiyiniz kəslərə mühüm sirlərinizi verməyin.

Balıqlar- Astroloji göstəricilər maliyyə durumunuzun yaxşılaşacağını bəyan edir. Münasibətlər zəminində isə vəziyyət bir qədər gərginləşə bilər. Mübahisədən yayının.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.