16.11.2018 Gündəlik Bürclər (16 Noyabr 2018 Günlük Bürclər)
Buğa- Ümumi gərginlik hökm sürdüyündən qeyri-ənənəvi işlərdən yayınmalısınız. Çalışın ki, cılız adamlara görə enerjinizi itirməyəsiniz. Yalnız etibarlı şəxslərlə əlaqə yaradın.
Əkizlər- Ciddi işlərinizin həllini bu günlük təxirə salın. Onsuz da ulduzların düzümü bu istiqamətdə müvəffəqiyyətə yetişəcəyinizə təminat vermir. Axşamüstü yaxınlarınıza baş çəkin.
Xərçəng- O qədər də ürəkaçan gün deyil. Ümumi əhvalınızda gərginlik və hövsələsizlik nəzərə çarpacaq. Bu amili nəzərə alıb risk və mübahisələrdən uzaq olmalısınız. Tələsik qərar çıxarmayın.
Şir- Təxminən saat 17-yə qədər ovqatınızın xoş keçəcəyi ehtimal olunur. Hətta bir qədər aktiv olsanız, şəxsi büdcənizi də artıra bilərsiniz. Fəaliyyət istiqamətlərini genişləndirin.
Qız- Risk etməkdən çəkinməyin. Onsuz da həyatda hər şeyə bu yolla nail olmusunuz. Nahar ərəfəsində mühüm şəxslərlə görüşləriniz gözlənilir. Unutmayın, indi zaman xeyrinizə işləyir.
Tərəzi- Ürəyinizcə olan olaylarla qarşılaşacaqsınız. Bu kimi hadisələr gələcəyinizi təyin etməkdə sizə yardımçı olacaq. Ailə üzvlərinizin ən xırda probleminə də biganə qalmayın. Səfərə çıxmayın.
Əqrəb- İkitərəfli əməkdaşlıq üçün münasib vaxtdır. Lakin təşəbbüskarlığı əldən versəniz, uduza bilərsiniz. Çalışın ki, müzakirələrdəki müsahibləriniz sizin rəyinizlə hesablaşa bilsin.
Oxatan- İş yerində bəzi xoşagəlməzliklə rastlaşacağınız güman olunur. Odur ki, narazı qaldığınız məsələləri münaqişə həddinə çatdırmamalısınız. Günortadan sonra işlərinizdə dönüş yaranacaq.
Oğlaq- Nüfuzunuza güvənməyin. Hər bir müsahibinizlə sadə dildə danışın ki, rəğbət qazanasınız. Üzərinizə düşən hər hansı vəzifəni başqalarının hesabına həll etməyə çalışmayın.
Dolça- Daha çox sağlamlığınızın qayğısına qalın. Soyuq qidalar qəbul etməyin. Dünyadan getmişlərinizə dualar oxuyun ki, həyat tərziniz müsbətə doğru dəyişsin. Gecə başqa evdə qalmayın.
Balıqlar- Maraqlı adamlarla rastlaşacağınızdan xəbər verən ulduzlar mövcud problemlərinizin həllinə yaxınlaşdığınızı da istisna etmir. İşdən sonra qonaq çağrılma ehtimalınız böyükdür.