27.11.2018 Gündəlik Bürclər (27 Noyabr 2018 Günlük Bürclər)

26 Kasım 2018
6 434
0
27.11.2018 Gündəlik Bürclər (27 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti öz zarafatları ilə ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır.

Buğa- Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Nahardan sonra pulla bağlı istənilən riskdən uzaq olun.

Əkizlər- Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüşləriniz də mümkündür. Tanrını başınız üstündə hiss edin.

Xərçəng- Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. İstirahətə daha çox yer ayırın.

Şir- Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Axşama yaxın maraqlı görüş və sövdələşmələriniz mümkündür.

Qız - Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız.

Tərəzi- Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahara qədər yeni təkliflərdən imtina etməyin.

Əqrəb- Dünəndən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. İşgüzarlığınızı artırın.

Oxatan- Enerjinizin artdığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artım gözləsə də, səhhətinizi də qorumalısınız.

Oğlaq- Təxminən saat 15-dən sonra əsəblərinizi cilovlamağa çalışın. Boş dayanmaq olmaz. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Bu gün maddi gəlir də gözlənilir.

Dolça- Bu gün əsasən səhhətinizi qorumağa çalışın. İlk növbədə qlobal işlərin həllini, eləcə də səfərlə bağlı bütün planlarınızı təxirə salmağınız məsləhətdir. Cari sövdələşmələr səmərə verə bilər.

Balıqlar- Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət bir qədər gərgin olacaq. Odur ki, neytrallıq göstərin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.