07.12.2018 Gündəlik Bürclər (7 Dekabr 2018 Günlük Bürclər)

06 Aralık 2018
6 714
0
07.12.2018 Gündəlik Bürclər (7 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir və ya cədəqə vermək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan yararlanın.

Buğa- Son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək.

Əkizlər- Səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın.

Xərçəng- Qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.

Şir- Çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər.

Qız - Təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək.

Tərəzi- Qarşınızda bu ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Düşmənçilikdən əl çəkin.

Əqrəb- Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir.

Oxatan- Əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Bəxtinizə inanın.

Oğlaq- Bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.

Dolça- Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız.

Balıqlar- Axşama qədər Ay bürcünüzdə olsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Ayın sonuna qədərki planlarınızı məhz bu gün tutmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.