08.12.2018 Gündəlik Bürclər (8 Dekabr 2018 Günlük Bürclər),gunluk burcler,2018,dekabr,gundelik,astroloji,ulduz fali

08.12.2018 Gündəlik Bürclər (8 Dekabr 2018 Günlük Bürclər)

07 dekabr 2018
4 647
0
08.12.2018 Gündəlik Bürclər (8 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Lovğalıq, özündənrazılıq və hər şeyə qərəzli yanaşmaq sizə başucalığı gətirən deyil. Odur ki, ətrafda olanlarla mülayim və səmimi davranmağa çalışın. Axşama yaxın sevinəcəksiniz.

Buğa- Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər fəaliyyətdə, istər qarşılıqlı münasibətlərdə, istərsə də məhəbbət müstəvisində işləriniz qənaətbəxş olacaq. Özünüzə inanın.

Əkizlər- Hiss olunur ki, insanlar yavaş-yavaş sizi başa düşməyə meyl edir. Deməli, daxilinizi narahat edən ideyaları açıqlamaq olar. Bu gün yalnız Tanrıya xoş gedən hərəkətlər edin.

Xərçəng- Əsas deviziniz müqəddəs Avestada göstərilən “Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl” olmalıdır. Gün ərzində Ali Həqiqətə çatmaq üçün məhz bu üç prinsipə söykənməlisiniz.

Şir- Ulduzların düzümü bu təqvimdə mübahisəli situasiyalara cəlb olunacağınıza işarə edir. Özünüzü qoruyun, çılğınlığınızı cilovlayın. Saat 16-dan sonranı isə bütünlüklə sevgiyə həsr edin.

Qız - Kifayət qədər uğurlu gündür. Planlarınızın əksəriyyəti müsbət müstəviyə yaxınlaşacaq. İşlə bağlı əsaslı dönüşə nail olmaq istəyirsinizsə, nüfuzlu şəxslərlə əlaqələri dərinləşdirin.

Tərəzi - Ulduzların düzümü gün ərzində ovqatınızın xoş olacağını bildirir. Əgər vaxt tapıb müqəddəs ziyarətgahlara baş çəksəniz, daxili sıxıntılarınız da səngiyəcək. Sevgiyə laqeyd qalmayın.

Əqrəb - İştirakçısı olduğunuz hadisələri özünüzdən yaxşı analiz edən yoxdur. Deməli, gün ərzində külli-ixtiyar öz əlinizdə olacaq. Ulduzlar əksər sahələrdə müdafiənizdə duracaq.

Oxatan- Təxminən saat 15-ə qədər gərginliklə baş-başa qalacaqsınız. Ola bilsin ki, ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələrə də cəlb olunasınız. Bu səbəbdən “qatığa ağ deməyə” çalışın.

Oğlaq- Yaxşı olar ki, bütün vaxtınızı adi işlərin həllinə yönəldəsiniz. Hər hansı risk və ya yeni iş uğursuzluqla nəticələnəcək. Pul sövdələşmələrindən isə ümumiyyətlə kənar durun.

Dolça - İşgüzar sövdələşmələr üçün ideal vaxtdır. Çalışın ki, müsahiblərinizin ədalətli rəyi ilə hesablaşasınız. Yalnız bu halda perspektivli gələcək barədə düşünməyə dəyər.

Balıqlar- Müəyyən məsələlərdə özünüzü aldatmayın. Sözlə deyil, əməllərinizlə özünüzə qarşı rəğbət oyadın. Göy qübbəsi bu gün qarşınıza yeni və xeyirxah adamlar çıxaracağını bildirir.
Şərh Yaz