09.12.2018 Gündəlik Bürclər (9 Dekabr 2018 Günlük Bürclər)

08 Aralık 2018
4 755
0
09.12.2018 Gündəlik Bürclər (9 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Yaxşı olar ki, bütün vaxtınızı adi işlərin həllinə yönəldəsiniz. Hər hansı risk və ya yeni iş uğursuzluqla nəticələnəcək. Pul sövdələşmələrindən isə ümumiyyətlə kənar durun.

Buğa- İşgüzar sövdələşmələr üçün ideal vaxtdır. Çalışın ki, müsahiblərinizin ədalətli rəyi ilə hesablaşasınız. Yalnız bu halda perspektivli gələcək barədə düşünməyə dəyər.

Əkizlər- Müəyyən məsələlərdə özünüzü aldatmayın. Sözlə deyil, əməllərinizlə özünüzə qarşı rəğbət oyadın. Göy qübbəsi bu gün qarşınıza yeni və xeyirxah adamlar çıxaracağını bildirir.

Xərçəng- Lovğalıq, özündənrazılıq və hər şeyə qərəzli yanaşmaq sizə başucalığı gətirən deyil. Odur ki, ətrafda olanlarla mülayim və səmimi davranmağa çalışın. Axşama yaxın sevinəcəksiniz.

Şir- Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər fəaliyyətdə, istər qarşılıqlı münasibətlərdə, istərsə də məhəbbət müstəvisində işləriniz qənaətbəxş olacaq. Özünüzə inanın.

Qız - Hiss olunur ki, insanlar yavaş-yavaş sizi başa düşməyə meyl edir. Deməli, daxilinizi narahat edən ideyaları açıqlamaq olar. Bu gün yalnız Tanrıya xoş gedən hərəkətlər edin.

Tərəzi- Əsas deviziniz müqəddəs Avestada göstərilən “Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl” olmalıdır. Gün ərzində Ali Həqiqətə çatmaq üçün məhz bu üç prinsipə söykənməlisiniz.

Əqrəb- Ulduzların düzümü bu təqvimdə mübahisəli situasiyalara cəlb olunacağınıza işarə edir. Özünüzü qoruyun, çılğınlığınızı cilovlayın. Saat 16-dan sonranı isə bütünlüklə sevgiyə həsr edin.

Oxatan- Kifayət qədər uğurlu gündür. Planlarınızın əksəriyyəti müsbət müstəviyə yaxınlaşacaq. İşlə bağlı əsaslı dönüşə nail olmaq istəyirsinizsə, nüfuzlu şəxslərlə əlaqələri dərinləşdirin.

Oğlaq- Ulduzların düzümü gün ərzində ovqatınızın xoş olacağını bildirir. Əgər vaxt tapıb müqəddəs ziyarətgahlara baş çəksəniz, daxili sıxıntılarınız da səngiyəcək. Sevgiyə laqeyd qalmayın.

Dolça- İştirakçısı olduğunuz hadisələri özünüzdən yaxşı analiz edən yoxdur. Deməli, gün ərzində külli-ixtiyar öz əlinizdə olacaq. Ulduzlar əksər sahələrdə müdafiənizdə duracaq.

Balıqlar- Təxminən saat 15-ə qədər gərginliklə baş-başa qalacaqsınız. Ola bilsin ki, ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələrə də cəlb olunasınız. Bu səbəbdən “qatığa ağ deməyə” çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.