12.12.2018 Gündəlik Bürclər (12 Dekabr 2018 Günlük Bürclər)

11 Aralık 2018
7 236
0
12.12.2018 Gündəlik Bürclər (12 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Günün ümumi görüntüsü qarşıdurmalarla müşayiət olunacaq. Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.

Buğa- "Nəhs gün" anlamına ciddi yanaşmayın. Əksinə, bu gün uğurlu məqamlar yaşayacaqsınız. Maddi çətinliyi özünüzə dərd etməyin. Axşam çoxdan görüşmədiyiniz yaxınlarınıza baş çəkin.

Əkizlər- Bu gün yeganə probleminiz səhhətinizlə bağlı ola bilər. Odur ki, əsəbi situasiyalardan, daxili soyuqdəymədən qorunmalısınız. Qalan məsələlərdə isə ciddi probleminiz olmayacaq.

Xəçəng- Dünyanı düzəltmək fikrindən vaz keçin. Özünüzü və ətrafınızdakıları ədalət müstəvisinə çəkə bilsəniz, bu da böyük işdir. Nəzərə alın ki, insanları inandırmaq qabiliyyətiniz aşağıdır.

Şir- Riskli işlərə, nəticəsinə əmin olmadığınız sövdələşmələrə girişməyin. Daha çox evdə, ailə üzvlərinizlə, dostlarınızla bir yerdə olmağa çalışın. Qonaq getmək də olar.

Qız - Hiss olunur ki, bu gün ümumi gərginlik ovqatınıza hakim olacaq. Elə isə bütün gücünüzü toparlayıb neqativ hallara qarşı müqavimət göstərin. Enerjinizi boş yerə xərcləməyin.

Tərəzi- Neçə gündən bəri verdiyimiz tövsiyələrə əməl etmisinizsə, təxminən saat 12-dən başlayaraq iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Özünüzə təzə geyim alın.

Əqrəb- Ulduzlar ovqatınızı yüksəltmək üçün əllərindən gələni edəcəklər. Amma heç olmasa, özünüz də buna azacıq cəhd etməlisiniz. İnsanlara qarşı gülərüz münasibət göstərin.

Oxatan- Ətrafınızda olan xeyirxah insanların qədrini bilin. Onsuz da həyatda təkbaşına çox şeyə nail ola bilmirsiniz. Yersiz ittihamlara, dedi-qoduya əhəmiyyət verməklə səviyyənizi endirməyin.

Oğlaq - Xurafatçıların "nəhs gün" adlandırdığı bu təqvimdə çoxdan görmədiyiniz dost və qohumlarınıza baş çəkin. Nahar ərəfəsində aldanma ehtimalınız olduğu üçün bir qədər tədbirli olun.

Dolça - Bu təqvimin mahiyyətini romantik məcraya yönəltməklə ümumi gərginliyinizi azalda bilərsiniz. Əks cinsin nümayəndələri ilə mehriban davranın. Özünüzü zəhərlənmədən gözləyin.

Balıqlar - Fəaliyyət istiqamətində vaxtınızı çox itirməyin. Onsuz da nəzərdə tutulan nəticəni əldə edə bilməyəcəksiniz. Buraxdığınız səhvləri etiraf etməyi və bağışlamağı bacarmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.