14.12.2018 Gündəlik Bürclər (14 Dekabr 2018 Günlük Bürclər)

13 dekabr 2018
5 757
0
14.12.2018 Gündəlik Bürclər (14 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Ümumi çalarlarına görə, uğurlu gündür. Qarşıdakı bir həftə ərzində görəcəyiniz vacib işləri indidən planlaşdırın. Axşam aldığınız bütün dəvətləri isə təxirə salın. Qidanıza fikir verin.

Buğa- Ulduzların düzümü işinizin çox olacağından xəbər verir. Qarşınızda duran vəzifələrə məsuliyyətlə yanaşın. Nüfuzlu adamlarla görüşləriniz gələcək uğurlarınıza qapı açacaq.

Əkizlər- Saat 14-ə qədər iştirakçısı olduğunuz proseslərdən baş çıxara bilsəniz, sonrakı müddətdə bir neçə sürprizlə rastlaşacaqsınız. Ətrafınızdakılara nəyə qadir olduğunuzu göstərin.

Xərçəng- Şəxsi problemlərinizin həlli üçün müəyyən vacib şəxslərlə görüşməyiniz məsləhətdir. Yeni təklif və rəylərə isə ciddi reaksiya verməyin. Saat 14-18 arası büdcəniz arta bilər.

Şir- Astroloji göstəricilər müəyyən gərginlikdən xəbər verir. Ələlxüsus da cəhdlərinizin boşa çıxma ehtimalı yüksəkdir. Odur ki, başınızı adi işlərlə qarışdırmağa çalışın.

Qız - Təzadlı bir gün yaşayacaqsınız. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Bu səbəbdən bütün situasiyaları nəzarətdə saxlayın ki, daha çox mənfəətiniz olsun.

Tərəzi - Əsas diqqətinizi sağlamlığınızla bağlı problemlərin həllinə yönəldin. Əks təqdirdə fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.

Əqrəb - İşgüzar sövdələşmələr istiqamətində böyük perspektivlər əldə edə bilərsiniz. Bu baxımdan Göy qübbəsi sizə yardımçı olacaq. Amma əmin olmadığınız məsələ barədə vəd verməyin.

Oxatan- Yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür. Odur ki, özünüzə qarşı rəğbət oyatmağa çalışın. Fəaliyyət və sövdələşmələr üçünsə o qədər də uğurlu vaxt deyil.

Oğlaq - Neçə gündən bəri mövcud olan böhranlı vəziyyətiniz saat 13-dən etibarən qaydasına düşəcək. Sadəcə, prosesləri real qiymətləndirməyi bacarmalısınız. Nahardan sonra varlana bilərsiniz.

Dolça- Müəyyən məziyyətlərinə görə, gərgin təqvim hesab etmək olar. Belə ki, işlə bağlı müəyyən çətinliklərlə üzləşəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla hər hansı mübahisələrə son qoyun.

Balıqlar- Yeni təklifləri razılıqla qarşılamağınız şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlərə səbəb ola bilər. İnsanlarla münasibətlərə yenidən baxın. Hövsələsiz olmayın.
Şərh Yaz