15.12.2018 Gündəlik Bürclər (15 Dekabr 2018 Günlük Bürclər)

14 Aralık 2018
5 507
0
15.12.2018 Gündəlik Bürclər (15 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Ümumi süstlüyünüzü nəzərə alıb daha çox istirahətə yer ayırın. Qəlbinizə yaxın insanlarla görüşməyiniz rahatlığınızı artıracaq. Maliyyə sahəsində də uğurlarınız mümkündür.

Buğa- Əgər gün ərzində səhhətinizi nəzarətdə saxlaya bilsəniz, hansısa digər probleminiz üzə çıxmayacaq. Saat 14-17 arası maraqlı və gələcəyinizdə rol oynaya bilən adamlarla rastlaşacaqsınız.

Əkizlər– Yaxşı olar ki, bütün məsələlərdə daxili sabitliyinizi qoruyasınız. İnsanlarla münasibətdə neytral olmağa çalışın. Onsuz da ətrafınızdakılar bu gün sizi tam anlamayacaqlar.

Xərçəng- Hansısa məqsədlərinizi reallaşdırmağa tələsməyin. Çünki ixtiyarınızda olan bu təqvim aktiv deyil. Yaxşı olar ki, düşüncələrinizi ilahi qanunlar əsasında tənzimləyəsiniz.

Şir– Günün ilk yarısını daha çox istirahətə həsr edin. Həmin ərəfədə evdə təmir-tikinti işləri ilə məşğul olmaq səmərəlidir. Sonrakı müddətdə isə planların icrasına başlamaq olar.

Qız - Ümumi mənzərə ürəyinizcə olacaq. Ələlxüsus da günün birinci yarısında iştirakçısı olduğunuz proseslərdən məmnun qalacaqsınız. Amma imkan varsa, uzaq yola çıxmaqdan vaz keçin.

Tərəzi- İşgüzar sövdələşmələrə başlamağa dəyər. Amma bu planınızı nahardan sonraya saxlamayın. Əks təqdirdə razılığa gələ bilməyəcəksiniz. Ulduzlar pəhriz saxlamağı məsləhət görür.

Əqrəb - Saat 11:42-dən Ay bürcünüzdə olduğu üçün davranış və ünsiyyətinizdə sabitliyi qoruyun. Hər hansı riskli addımlara da yol verməyin. Axşama doğru ürəyinizə yaxın adamlarla bir araya gəlin.

Oxatan - Özünüzə qapılmağa son qoyun. Çünki indi aktivlik məqamıdır. Göylərə, ulduzlara bel bağlamaqdansa reallığı nəzərə alıb konkret addımlar atın. Sadəlövh olmağın yeri deyil.

Oğlaq - Əgər vacib bir işiniz çıxmazsa, vaxtınızı daha çox oturaq şəraitdə, lap elə evdə keçirin. Çünki bu gün sizin üçün passiv gündür. Ulduzların düzümü yalnız saat 16-18 aralığını uğurlu sayır.

Dolça - Bu günün sizə mənfi təsir edəcəyi gözləniləndir. Odur ki, fəaliyyətdə və qarşılıqlı münasibətlərdə obyektivliyinizi qorumağa çalışın. Yaxşı olar ki, axşamı öz evinizdə keçirəsiniz.

Balıqlar - Qarşınızda sevinc dolu bir təqvim durur. Ulduzlar zamanın bütünlüklə xeyrinizə işləyəcəyindən xəbər verir. Bu səbəbdən də aktivliyinizi artırmalısınız. Maraqlı görüşlər də mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.