17.12.2018 Gündəlik Bürclər (17 Dekabr 2018 Günlük Bürclər)

16 Aralık 2018
5 599
0
17.12.2018 Gündəlik Bürclər (17 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Dekabr ayının bu təqvimi daha çox yeni əlaqələrlə yadda qalacaq. Qəribə də olsa, ulduzlar məsləhət görür ki, bu gün birinci başlamayasınız. Bir sözlə, risk etməyə dəyməz.

Buğa- Sədaqətinə şübhə ilə yanaşdığınız adamlarla ciddi işbirliyi yaratmağa çalışmayın. Əks təqdirdə əliniz boşda qalacaq. Əməkdaşlıq zəminində ehtiyatlılıq tədbirlərindən yararlanın.

Əkizlər- Qoroskopa görə şənbə sizin gününüzdür, buna baxmayaraq adətən belə günlərdə çox yorulursunuz. Bu amili nəzərə alıb nahardan sonra vaxtınızı istirahətə həsr edin. Mübahisədən qaçın.

Xərçəng- Dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Odur ki, özünüzdə təmkin tapıb emosiyalara uymayın. Saat 13-dən sonra fəaliyyətinizdə irəliləyişlər olmalıdır.

Şir- Yeni əlaqə və sövdələşmələr üçün normal gündür. Əlavə işlərə, xüsusən də əyləncələrə meyl etməyin. Ən azı ona görə ki, iştirakçısı olduğunuz hər bir müzakirədə vəziyyət xeyrinizə olacaq.

Qız - "Üçüncü artıqdır" prinsipini qulağınızda sırğa edin. Çünki istənilən məsələdə yalnız ikitərəfli mövqe nümayiş etdirməklə uğur qazana bilərsiniz. Daxili orqanlarınıza fikir verin.

Tərəzi- Sizin üçün həftənin ən gərgin iş günüdür. Bu səbəbdən də səbrli və məsuliyyətli olmağınız vacibdir. Yorulsanız, axşama yaxın qonaq gedin. Dostlarınızla ünsiyyətdə diqqətli olun.

Əqrəb- Bütün vaxtınızı ailə-sevgi münasibətlərinin yaxşılaşmasına yönəldin. Qarşı tərəfə güzəştə getməyi bacarsanız, sizə qarşı rəğbət daha da artacaq. Uzaq yola çıxmayın.

Oxatan- Qarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olsa da, işlə bağlı müəyyən xoşagəlməzliklər də istisna olunmur. Qərar çıxararkən mövcud reallığı mütləq nəzərə alın.

Oğlaq- Hansısa uğura yiyələnmək fikrinə düşməyin. Yaxşı olar ki, başınızı aşağı salıb gündəlik qayğılarınızla məşğul olasınız. İqlimin dəyişkənliyi səhhətinizə zərər yetirə bilər.

Dolça- Təxminən saat 15-ə qədər gərgin məqamlar yaşaya bilərsiniz. Göstərilən ərəfədə kiminsə işinə müdaxilə etməyin. Sonrakı saatlarda sevindirici xəbərlərin şahidi olacaqsınız.

Balıqlar- Baxmayaraq ki Ay bürcünüzdə qərar tutub, ciddi perspektivlər haqqında düşünməyə dəyər. Yaxın gələcəyiniz hazırkı seçiminizdən birbaşa asılıdır. Bəxtinizdə pul da var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.