19.12.2018 Gündəlik Bürclər (19 Dekabr 2018 Günlük Bürclər)

18 Aralık 2018
6 997
0
19.12.2018 Gündəlik Bürclər (19 Dekabr 2018 Günlük Bürclər)
Qoç- Yeni əlaqə və tanışlıq üçün ideal ərəfədir. Bu gün ailə-sevgi münasibətləri də qaydasına düşəcək. Amma xarakterinizdən gələn "bircə anda hər şeyi alt-üst etmək" metodundan uzaq olun.

Buğa- Saat 13-ə qədər və 18-dən sonra ümumi vəziyyətiniz yaxşı olacaq. Qalan müddətdə isə sizi hiddətləndirə bilən hadisələr mümkündür. Bu səbəbdən də gün ərzində hər adamla ünsiyyət qurmayın.

Əkizlər- Bəxtinizdə olduqca rəvan bir gün durur. Ələlxüsus da saat 13-dən başlayaraq rastlaşdığınız hadisələr ovqatınızı yüksəldəcək. Aldığınız təkliflərdən qətiyyən imtina etməyin.

Xərçəng- Nədənsə hadisələri qabaqlamaq, iştirakçısı olduğunuz proseslərin nəticələrinə tez-tələsik nail olmaq istəyirsiniz. Amma unutmaq olmaz ki, səbr və təmkin insanın ən böyük xilaskarıdır.

Şir- Münasibətlər zəminində olduqca neqativ gündür. Odur ki, istənilən ciddi söhbətdən uzaqlaşın. Risk və sövdələşmələrə isə qətiyyən baş qoşmayın. Yalnız səfərlə bağlı uğurlarınız var.

Qız - Anlaşılmaz bir gün yaşayacaqsınız. Sanki mistik məxluqlar ətrafınızda dolaşmaqdadır. Bəzən su içmək kimi asan olan bir işiniz daşdan keçir. Bəlkə günahı özünüzdə axtarasınız?!

Tərəzi- Kifayət qədər məhsuldar gündür. Bu səbəbdən də bütün gücünüzü fəaliyyət istiqamətinə yönəltməlisiniz. Sağlıq durumunuzu nəzarətdə saxlayın. Günorta təzə xəbərlər eşidəcəksiniz.

Əqrəb - Böyük dəyişikliklər astanasındasınız. Amma yüz dəfələrlə ölçüb-biçməlisiniz ki, seçimdə yanılmayasınız. Çünki yaxın gələcəyiniz indiki addımlarınızdan birbaşa asılıdır.

Oxatan- Nigarançılığa heç bir əsas yoxdur. Əgər özünüz kimisə aldatmasanız, sizə qarşı belə bir hal baş verməyəcək. Ulduzlar nahardan sonra yeni təkliflər alacağınızdan xəbər verir.

Oğlaq- Bütün astroloji göstəricilər bu gözəl gündə şəxsi büdcənizin artacağından xəbər verir. Deməli, digər işləri ikinci plana salıb əsas diqqətinizi pul amilinə yönəltməlisiniz.

Dolça- Müəyyən gərginliklə baş-başa qalacağınız mümkündür. Bir tərəfdən müsahiblərinizin sizi anlamaması, digər tərəfdənsə daxili orqanlarınızın nasazlığı əsəblərinizi tarıma çəkə bilər.

Balıqlar- Həmkarlarınızla münasibətləri hədəqəsindən çıxarmasanız, ixtiyarınızda olan bu təqvimdən narazı qalmayacaqsınız. Saat 15-17 arası işgüzar görüşləriniz gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.