05.01.2019 Gündəlik Bürclər (5 Yanvar 2019 Günlük Bürclər)

04 Ocak 2019
7 495
0
05.01.2019 Gündəlik Bürclər (5 Yanvar 2019 Günlük Bürclər)
Qoç– Qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.

Buğa- Çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər. Ümumiyyətlə, bu gün müdrik olun.

Əkizlər- Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir, xüsusən də həmkarlarınızla.

Xərçəng– Səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın, təşəbbüskar olun.

Şir- Bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.

Qız - Tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir vermək, xeyirxahlıq etmək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan maksimum yararlanın.

Tərəzi - Əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Daxili gücünüzə inamınızı azaltmayın.

Əqrəb– Qarşınızda ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Hər hansı düşmənçilikdən çəkinin.

Oxatan- Təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək. Güzəştə getməyi bacarın.

Oğlaq- Dünən axşamdan mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Yanvarın bütün planlarını məhz bu gün tutmalısınız.

Dolça- Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız. Axşama maraqlı görüşləriniz mümkündür.

Balıqlar- Son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək. Yeni ilə yeni güclə başlayın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.