18.01.2019 Gündəlik Bürclər (18 Yanvar 2019 Günlük Bürclər)

17 Ocak 2019
8 711
0
18.01.2019 Gündəlik Bürclər (18 Yanvar 2019 Günlük Bürclər)
Qoç– Qərar çıxararkən reallığı mütləq nəzərə alın. Elə etməyin ki, sonralar əziyyət çəkəsiniz. Dost bildiyiniz insanları müəyyən sınaqlara çəkin ki, onların sədaqət dərəcəsini biləsiniz.

Buğa– Bürcünüzün sonuncu tam təqvimini yaşayacaqsınız. Bu səbəbdən də nəzərdə tutduğunuz planların icrasını sürətləndirin. Ələlxüsus da şəxsi büdcənizi artırmağa çalışmalısınız.

Əkizlər– Sevinməyə dəyər. Çünki sabahdan Zodiakda hakim bürc olacaqsınız. Bu isə nəticə etibarilə bütün proseslərdə üstünlüyü sizə verəcək. Amma gərək səhhətinizə də fikir verəsiniz.

Xərçəng– Nahara qədər əhəmiyyətsiz adamlardan uzaq olun. Cəfəng söhbətlərə vaxt itirməkdənsə daha əməli işlərdən yapışın. Özünüzü soyuqdan qorumağı tövsiyə edən ulduzlar axşama sürpriz hazırlayıb.

Şir– Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Ətrafınızda olan xeyirxah insanların dəstəyi nəticəsində nəzərdə tutduğunuz zirvələrə yaxınlaşa biləcəksiniz. Sevgidə kobudluq etməyin.

Qız– Hər hansı yeniliklə rastlaşacağınızı düşünməyin. Çünki ulduzların düzülüşü passiv bir təqvim yaşayacağınızı bildirir. Qarşıda qeyri-iş günü olduğu üçün görüşləri intensivləşdirin.

Tərəzi– Yaxşı olar ki, adi işlərlə məşğul olmaqla bu təqvimi başa vurasınız. Onsuz da işdə və ünsiyyətdə o qədər də səmərəli nəticələrə nail ola bilməyəcəksiniz. Uzaq səfərləri təxirə salın.

Əqrəb– Ümumi fon neqativ olsa da, çalışmalısınız ki, ixtiyarınızda olan bu tarixdə mənfi mənada heç nə baş verməsin. Tanrını başınız üstündə hiss edin, ziyarətgahlara baş çəkin.

Oxatan– Havaların şıltaqlığı hansısa ovqat düşkünlüyü yaratmayacaq. Əksinə, günün ümumi axarı ürəyinizcə olacaq. Qarşılıqlı münasibətlərdə obyektiv olmaqla uğur qazana bilərsiniz.

Oğlaq– İlk növbədə qarşılıqlı münasibətlərə fikir verin. Çünki ən zəif yeriniz davranışla bağlıdır. Əsəblərinizi qorumaqla gün ərzində müəyyən irəliləyişlərə nail ola bilərsiniz.

Dolça– Maddi cəhətdən müəyyən irəliləyişlər mümkün olsa da, qarşılıqlı münasibətlərdə və fəaliyyət zəminində gərginlik gözlənilir. Odur ki, davranışlarınıza diqqət yetirməyə çalışın.

Balıqlar– Nə vaxtsa buraxdığınız səhvlər bu gün qarşınıza çıxa bilər. Belə məqamlarda özünüzü itirməkdənsə, hər addımda məsuliyyətli olmalısınız. Hər hansı dava-dalaşa ehtiyac yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.