25.01.2019 Gündəlik Bürclər (25 Yanvar 2019 Günlük Bürclər)

24 Ocak 2019
7 163
0
25.01.2019 Gündəlik Bürclər (25 Yanvar 2019 Günlük Bürclər)
Qoç - İqlimin qeyri-stabilliyi səhhətinizlə bağlı narahatlıq yaratmasın deyə, özünüzü buna hazırlamalısınız. Göy qübbəsi bu təqvimdə maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Amma yeni işlərə başlamamalısınız.

Buğa- Ümumi ovqatınızda mənfi fəsadlar nəzərə çarpacaq. Lakin bu, saat 14-dən o yana keçməyəcək. Çünki qalan müddətdə Göy qübbəsi var gücü ilə sizi sevindirəcək. Naşükürlük etməyin!

Əkizlər- Qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız. İndiki məqamda əlçatmaz olan arzuların arxasınca qaçıb əbəs yerə vaxt itirməyin.

Xərçəng- İşgüzar əlaqələrdə, eləcə də qarşılıqlı sövdələşmələrdə tədbirli olun. Çünki ulduzların düzümü bu istiqamətdə bəzi maneələrin olacağından xəbər verir. Yalan vəd verməyin.

Şir- Olduqca təzadlı bir təqvimdir. Günün ümumi mənzərəsi atacağınız addımlardan birbaşa asılı olacaq. Həmkarlarınızla mübahisələrə yol verməyin. Nahardan sonra ziyarətgahlara gedin.

Qız- Risk etməyə lüzum yoxdur. Kiminsə təlimatlarına aludə olmaqdansa, reallığa uyğun addım atın. Unutmayın ki, indi sizin çıxılmaz vəziyyətə düşməyinizi istəyənlər çoxdur.

Tərəzi- Fəaliyyətlə bağlı bəzi uğurlarınız gözlənilir. İşinizdə əsaslı dönüş yaratmaqla buna nail ola bilərsiniz. Sənədləşdirmə məsələlərinə maksimum diqqətlə yanaşın. Uzaq yola çıxmaq məsləhət görülmür.

Əqrəb- Bacardığınız qədər oturaq işlərə ara verin. Ən azı ona görə ki, bu təqvimdə qazandığınız uğur və zövq yalnız səyyar fəaliyyətlə bağlı olacaq. Qonaq getmək, gəzintiyə çıxmaq da olar.

Oxatan- Ayın bürcünüzdə olmasına baxmayaraq gün ərzində ümumi ovqatınız yüksək olacaq. Saat 14-dən sonra xoş hadisələrlə üzləşəcəksiniz. Axşamsa ciddi müzakirələrdə iştirakınız gözlənilir.

Oğlaq- Əməkdaşlıq zəminində müəyyən uğurlar əldə edə bilərsiniz. Hətta yeni iş üslubuna keçmək də olar. Amma çalışmalısınız ki, təşəbbüskarlıq qarşı tərəfdən irəli gəlsin.

Dolça- Nahara qədər əsəblərinizi qoruyun ki, sonrakı müddətdə qarşınıza çıxan şanslardan lazımi qədər bəhrələnə biləsiniz. Saat 16-18 arası perspektivli danışıqlarda bəxtiniz gətirə bilər.

Balıqlar- Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET