26.01.2019 Gündəlik Bürclər (26 Yanvar 2019 Günlük Bürclər)

25 Ocak 2019
6 566
0
26.01.2019 Gündəlik Bürclər (26 Yanvar 2019 Günlük Bürclər)
Qoç
Bu gün çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Günün ortaları görüş üçün münasib zamandır. Yeni imkanlar problemlərinizi həll etməyə yardımçı olacaq. Kommersiya fəaliyyəti üçün yaxşı gündür. Işgüzar xarakterli səfər romantik müstəvidə inkişaf edəcək.

Buğa
Bu gün evdə oturmayın. Yeni tanışlarda özünüz barədə yaxşı təəssürat yaradacaqsınız. Gözlənilməz, xoş hədiyyə alacağınız da bildirilir. Sevgi etirafı eşidəcəksiniz. Ailə üzvlərinin əhatəsində istirahət etmək xoşunuza gələcək.

Əkizlər
Fikirləşdiyinizi dilə gətirirsiniz. Ancaq bundan heç kim inciməyəcək. Ürəyinizdən yer dəyişikliyi keçəcək. Bu səbəbdən də uzaq səfərə çıxmaq istəyəcəksiniz. Ancaq ulduzlar bunu məsləhət görmür. Çünki səfər ciddi hazırlıq tələb edəcək.

Xərçəng
Günün birinci yarısı xoşagəlməz keçsə də, siz sakitliyiniz qoruyub saxlayacaqsınız. Günün ikinci yarısı ünsiyyət üçün münasib vaxtdır. Bu zaman kəsiyində sizə yardım edəcək biri özü barədə xatırladacaq. Çoxdan küsülü qohumları barışdıracaqsınız.

Şir
Xoş gün deyil. Dəyişikliyə meylli olacaqsınız. Burada isə tələsmək lazım deyil. Ekstravaqant addımlar reputasiyanızı kölgədə qoya bilər.

Qız
Bu gün çətin ki, istirahət edə biləsiniz. Çünki görüləsi və diqqət tələb edən çox işləriniz var. Qohumlarla aranızda tez-tez münaqişə olur. Ehtimal ki, maliyyə böhranı ilə üzləşəcəksiniz. Evinizdəki məişət texnikasının təmirə ehtiyacı olacağı bildirilir.

Tərəzi
Günün emosional mənzərəsi sabit olmayacaq. Gün boyu nə baş verməyindən asılı olmayaraq özünüzü narahat hiss edəcəksiniz. Böyük məmnunluq hissi ilə məşğul ola biləcəyiniz işləri başqasına həvalə edəcəksiniz. Vaxtınızın çox hissəsini isə ürəyinizcə olmayan darıxdırıcı işlərə həsr edəcəksiniz.

Əqrəb
Yarımçıq qalmış işləri reallaşdırmaq üçün münasib gündür. Lazımsız tələskənlikdən uzaq olun. Dostlarla görüş, qohumları ziyarət etmək üçün əlverişli zamandır. Ancaq romantik münasibətlər üçün neytral gün deyil. Hədiyyə almaq ehtimalı da var.

Oxatan
Çalışın yarımçıq qalan işlərinizi tamamlayasınız. Ulduzlar bildirir ki, əgər onları bu gün reallaşdırmasanız elə yarımçıq olaraq qalacaq. Səyahətiniz uğurlu alınacaq. Yeni tanışlıqlar, o cümədən romantik səpgili macəra da gözlənilir.

Oğlaq
Bu gün istəklərinizlə baş apara bilməyəcəksiniz. Hissləriniz sizi xoşagəlməz nəticələr verəcək addım atmağa vadar edəcək. Yeni tanışlıq gözlənilir. Amma bunun davamlı olacağını düşünməyin. Gün böyük olmayan alış-veriş üçün əlverişlidir.

Dolça
Bir sıra xoş sürprizlər sizi gözləyir. Bəzi adamlarla görüş gözlənilir ki, onlar bu vaxtacan həyatınızda heç bir rol oynamayıblar. Amma indi öz maraqları naminə sizə təsir etməyə çalışacaqlar. Böyük alış-veriş arzuedilməzdir.

Balıqlar
Ünsiyyət üçün münasib gün deyil. Sizi çox zaman düz başa düşmürlər. Mübahisələr heç nədən yarana bilər. Ancaq barışıq çətin olacaq. Çoxdankı hobbiniz gəlir qaynağı ola bilər. Zərgərlik məmulatı almaq üçün əlverişli gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.