27.01.2019 Gündəlik Bürclər (27 Yanvar 2019 Günlük Bürclər)

26 Ocak 2019
6 619
0
27.01.2019 Gündəlik Bürclər (27 Yanvar 2019 Günlük Bürclər)
Qoç
Günün birinci yarısında neqativ hisslər güclü olacaq. Bu hisslərin sizi yanlış yola çəkəcəyi də gözlənilir. Pis əhvala köklənməyin. Günün ikinci yarısında situasiya dəyişəcək. Xoş xəbər eşidəcəksiniz.

Buğa
Ev işlərinin öhdəsindən yaxşı gəlirsiniz və əyləncəyə də vaxt qalır. Maraqlı görüşlərinizin olacağı bildirilir. Bu gün alış-veriş etmək məsləhət görülmür.

Əkizlər
Gün boyu nə baş verməyindən asılı olmayaraq özünüzü narahat hiss edəcəksiniz. Vaxtınızın çox hissəsini ürəyinizcə olmayan, darıxdırıcı işlərə həsr edəcəksiniz. Əhvalınızı qaldırmaq üçün özünüzə yeni məşğuliyyət tapın.

Xərçəng
Təəssüf ki, sizi çox zaman düz başa düşmürlər. Mübahisələr heç nədən yaranır. Çətin gündür. Çalışın, problemlərin həllinə düzgün yanaşasınız.

Şir
Ciddi problemləri həll edəcəksiniz. Bir sıra xırda uğursuzluqlar da istisna deyil. Bunlara görə isə qan qaraltmağa dəyməz. Bürcün bəzi nümayəndələri nikaha girmək barədə düşünəcəklər.

Qız
Işgüzar danışıqlar məhsuldar keçəcək. Ətrafdakıların fikirlərinə biganə yanaşmadığınıza görə həmkarlarınız sizi özlərinə yaxın biləcək. Bürcün qadın nümayəndələrini romantik müstəvidə yeniliklər gözləyir. Romantik proqnoz kişilərə şamil edilmir.

Tərəzi
Qarşı tərəfin fikirlərini düzgün oxumaq bacarığınız sizə ilk dəfə gördüyünüz adam barədə düzgün təəssürat yaratmaq imkanı verir. Gün romantik və dostluq münasibətlərinin təməlinin qoyulması baxımından da əlverişlidir. Səhhətinizə qarşı diqqətli olun.

Əqrəb
Uğursuz gündür. Çoxlu sayda səhvlərə yol verəcəyiniz gözlənilir. Bu gün vacib görüşləri təxirə salın. Ehtimal ki, maliyyə itkisilə üzləşəcəksiniz. Böyük məbləğli alış-veriş üçün münasib gün deyil.

Oxatan
Bu gün sizin etibarınızdan istifadə edənlər az olmayacaq. Ehtiyatlı olun, aldana bilərsiniz. Bu gün pul borc vermək, yaxud kredit götürmək, böyük məbləğli sövdələşmələrə imza atmaq məsləhət deyil.

Oğlaq
Xoşagəməz vəziyyətə düşmüsünüz. Yardım edəcəyini söz verən adam vədinə xilaf çıxacaq. Bahalı alış-verişdən uzaq durun, qənaətcil olun. Gün maliyyə problemləri gətirəcək.

Dolça
Çalışın yarımçıq qalan işlərinizi tamamlayasınız. Yaxın günlərdə səyahətə çıxmağı planlaşdırırsınızsa, narahat olmayın. Yolunuz uğurlu olacaq. Yeni tanışlıqlar, o cümədən romantik səpgili macəra da gözlənilir.

Balıqlar
Ciddi problemləri həll edəcəksiniz. Həyatın yeni mərhələsinə qədəm qoyacaqsınız. Bu baxımdan sizi əvvəlki günlərdən daha yaxşı həyat gözləyir. Bir sıra xırda uğursuzluqlar da istisna deyil. Bunlara görə isə qan qaraltmağa dəyməz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.