02.02.2019 Gündəlik Bürclər (2 Fevral 2019 Günlük Bürclər)

01 Şubat 2019
6 162
0
02.02.2019 Gündəlik Bürclər (2 Fevral 2019 Günlük Bürclər)
Qoç
Parlaq gündür. Həyatınızda maraqlı nəsə baş verəcək. Böyük ümidlər bəslədiyiniz səyahət xoş keçsə də istədiyiniz nəticəni verməyəcək. Başqalarının dadına yetəcəksiniz. Qarşı tərəf də bundan istifadə edəcək.

Buğa
Başqalarına məsləhət verərkən ehtiyatlı olun. Günün ikinci yarısında uzun və çox da xoş olmayan söhbət sizi gözləyir. Bu zaman darıxdırıcı keçəcək, amma faydası da az olmayacaq. Çünki bir sıra problemlərinizi uğurla həll edəcəksiniz.

Əkizlər
Fiziki və çətin işləri kənara qoyub istirahət edin. Beləcə uğur qazanmaq olmasa da, ən az gücünüzü bərpa edəcəksiniz. Günün ikinci yarısında bürcün bəzi nümayəndələri təhlükəni düşünmədən şübhəli işlərə baş qoşacaqlar. Dostların müdaxiləsi nəticəsndə ciddi xoşagəlməz hadisədən qaça biləcəksiniz.

Xərçəng
Uğurlu gün deyil. Düzdür, xoşagəlməz vəziyyətə siz deyil, əhatənizdəkilər düşəcəklər. Amma siz özünüzü günahkar bilərək, həyəcan keçirəcəksiniz. Günün ikinci yarısında xoşagəlməz, mənasız işlərlə məşğul olacaqsınız. Yaxşı olar ki, əsəbiləşməyəsiniz. Çünki istəməsəniz belə bu işləri tamamlamalısınız.

Şir
Intuisiyanız güclüdür. Bu bacarığınızdan şəxsi münasibətlərin inkişafı üçün istifadə edəcəksiniz. Başqalarının sirrini açacaqsınız. Ancaq bunu o qədər nəzakətli şəkildə edəcəksiniz ki, qarşı tərəf sizdən inciməyəcək. Dərmanlarla ehtiyatlı olun, özünüzü allergik reaksiyalardan qoruyun.

Qız
Maliyyə problemləri ola bilər. Bu gün bürcün nümayəndələri başlarını tez itirəcəklər. Elə bir hərəkətə yol vermək ehtimalı var ki, sonradan bunun peşmançılığını çəkəcəksiniz. Tədbirli “Qız”lar isə elə də ciddi səhvlərə yol verməyəcəklər.

Tərəzi
Ətrafdakılar sizi anlamadıqlarından sizdən gileylənəcəklər. Əgər mübahisə baş verərsə, konstruktiv diskussiyaya gələ bilməyəcəksiniz. Bu üzdən münaqişə ehtimalı böyükdür. Istəkləriniz kənarda qalacaq, halbuki onların reallaşması üçün diqqətinizi toplamağınız daha yaxşı olar.

Əqrəb
Gününüzü şən və faydalı keçirəcəksiniz. Müxtəlif iri həcmli işlərin öhdəsindən gələcəksiniz. Bu gün təmir işlərinə başlasanız, onu daha tez və problemsiz tamamlayarsınız. Həyat eşqiniz yüksək olacaq, bu da əhvali-ruhiyyənizə müsbət təsir göstərəcək.

Oxatan
Adi gün deyil. Çətinlikləriniz o qədər çoxdur ki, siz nikbinliyinizi itirirsiniz. Xoşbəxtlikdən yanınızda sizə mənəvi dayaq duran adam var. Ailə üzvlərilə münasibət gərgin olacaq. Ötəri rahatlıq naminə pul xərcləməyin.

Oğlaq
Problemləri təklikdə həll etməyin. Ətrafınızda sizə yardım edə biləcək adamlar az deyil. Həm də birlikdə bunu etmək daha şəndir. Həyatınıza yenilik qatacaq romantik münasibətin təməlinin qoyulacağı da istisna deyil.

Dolça
O qədər ünsiyyətdən yan gəzəcəksiniz ki, bu, təhlükəli hal alacaq. Bu gün özünüzə yaxın bildiyiniz, sirlərininizi paylaşmaq istədiyiniz adamlar etibara layiq olmayacaqlar. Maddi itki ilə yanaşı, mənəvi zərbə almaq riski də var. Ailədə problemlər özünü göstərəcək.

Balıqlar
Bu gün düşmənlərinizə yolunuzdan çəkilmək mesajı ilə xəbərdarlıq edin. Çünki bu gün sizin yolunuzda duran kəsləri cəzalandıracaqsınız. Şəxsi müstəvidə vəziyyətin sakit olmasına baxmayaraq, siz narahatçılıq keçirəcəksiniz. Yaxın adamla söhbət gərginliyinizi aradan qaldıra bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.