ALiYeVdən Günlük Bürclər 09.11.2014

08 Kasım 2014
2 252
0
ALiYeVdən Günlük Bürclər 09.11.2014


Qoç - uğurlu, düşərli, məhsuldar gündür. Bir sıra işlərlə yaxşı nəticələrə nail olmaq mümkündür.
Az sonra tətbiq edə biləcəyiniz önəmli məlumat alacaqsınız. İşdə həmkarlarınızla münasibətlərinizdə intensivləşmə olacaq. Peşəkar nüfuzunuz güclənəcək.
İnformasiya, məlumat və xəbərlər almaq üçün yaxşı gündür.
Maliyyə vəsaiti əldə edəcəksiniz. O pullara ehtiyacınız var.
Alış-veriş üçün sərfəli vaxtdır. Yaxınlarınızla münasibətlərdə sərinləşməyə yol verməmək üçün ünsiyyəti harmonik edin.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Ağrı və ya xəstəlik riski yoxdur.

Buğa - sakit, məhsuldar zamandır. Peşəkar fəaliyyət müstəvisində tapşırıq və sifarişlərin öhdəsindən uğurla gələcəksiniz. Təcrübə və biliyiniz gördüyünüz işə təkan verəcək.
Yetərincə perspektiv layihə ilə bağlı birgə işlə nəticələnəcək danışıqların başlanması mümkündür.
Uğurlarınızla fəxr edə bilərsiniz.
Günün ikinci yarısında dostlar, köhnə tanışlar, uzaq qohumlardan biri ilə planlaşdırılmamış görüş mümkündür.
Bütün bunlar sizi sevindirəcək, əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarını bəyəndiyiniz insanla keçirin.

Əkizlər - maraqlı, qeyri-adi gündür. Həyatınızda köklü, əhəmiyyətli dəyişikliklər etmək, çoxdan bəri can atdığınız məqsədə çatmaq imkanları var. Sizə mane ola biləcək yeganə ünsür həddən artıq ətalətli və süst davranışdır.
Enerjili, özünüzə əmin olun. Qətiyyətli hərəkətlər edin, qərarlar qəbul edin.
Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar üçün əlverişli vaxt deyil.
Axşam saatlarını yaxın dostlar və ya qohumlarla keçirin. Tünlük yerə yollanmayın.

Xərçəng - asudə, xoşagələn, maraqlı gündür. Yaşanacaq hadisələr əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yeni ruh verəcək. Bütün bunlar qarşınızda yeni imkanlar və perspektivlər açır.
Günün ikinci yarısında başlayacağınız işdə aktiv olun. Yardımçılarınız olacaq, sizi tək qoymayacaqlar.
Alış-veriş etmək olar. Mobil qacetlər, nəqliyyat vasitəsi, məişət texnikası almaq üçün əlverişli zamandır.
Yaşam arealınızı daha da rahat edin.
Yenilik və innovasiyalara marağınız artır.
İmicinizlə eksperimentlər edə bilərsiniz.


Şir - bir zamanlar xətrinə dəydiyiniz insanlarla barışın. Onlar sizə can atırlar. Yardıma ehtiyac duyan insana dəstək olun. Bəzi insanlara real kömək edə bilərsiniz.
Gün sizi usandıra, yora bilər.
Hər şeyə rəğmən axşam saatlarınadək xoş əhvalınızı qoruyun.
Günün ikinci yarısında qarşınızda yeni perspektivlər açılır.
Əla nəticələrə nail olmaq, cəsarətli eksperimenti realaşdırmaq şansları yaranır.
Yaxınlarınızla ünsiyyətdə səmimi olun.

Qız - gün yaxşı əhval vəd edir. Problemlər, təlaş və əndişələr azalır. Özünüzü əmin hiss edin, gələcəyə nikbinliklə baxın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qarşılıqlı anlaşma və harmoniyaya nail olmağa çalışın.
Günün ikinci yarısında yaxınlarınızı unutmayın. Onlar sizdən pozitiv enerji gözləyirlər.
Yaşam arealında rekonstruksiya və dəyişikliklər üçün əlverişli zamandır.
İnteryerdə kiçik, amma xoşagələn yeniliklər etmək olar.
Ciddi, əsaslı təmirə də başlamaq olar.

Tərəzi - təşkilati məsələlərin həlli, həyat axarının daha rəvan edilməsi, ətrafınızdakı insanlara yardım üçün əlverişli zamandır.
Gərəksiz, mənasız hisslər və əlaqələrdən qurtulun. Yeni dəyərlər peyda olacaq.
Peşəkar fəaliyyət və yaradıcılıq təşəbbüsləri üçün yaxşı gündür.
Günün ikinci yarısında romantik macəra istisna deyil.
Axşam saatlarında yaşlı qohumlarınızı unutmayın. Onların diqqətinizə ehtiyacı var.

Əqrəb - həyat enerjisi səviyyəsinin sürətlə artdığı zamandır.
Şərait o qədər əlverişlidir ki, başqalarına təsir etmək üçün nadir imkanlar əldə edəcəksiniz.
Tamamilə yeni, hətta mürəkkəb işlərə başlamaq olar. İşlər uğurla davam edəcək, yaxşı nəticələrə nail olacaqsınız.
Günün ikinci yarısında imkanlarınız daha da artacaq. Romantik münasibətlər mövcuddursa, onlar aktivləşəcək.
Səfər və ya səyahətdə sayıq davranın. Problemlər yarana bilər.


Oxatan - maraqlı və xoş görüşlər günüdür. Sizinlə tanış olmaq və ünsiyyətdə olmaq istəyən insanlar var.
Ən müxtəlif mövzularda diskussiyalara qatılın. Qeyd və şərhləriniz dəqiq, obyektiv olmalıdır.
Bilik və bacarıqlarınızla xoş təəssürat yaratmağa çalışın.
Günün ikinci yarısında münaqişələri yatırın, küsənləri barışdırmağa cəhd göstərin.
Dostlar və qohumlar sizdən yardım, məsləhət istəyirlər.

Oğlaq - günün ilk yarısı məhsuldar olacaq. Ən müxtəlif işlərin öhdəsindən uğurla gələcəksiniz.
Ətrafınızdakı insanlarla asanlıqla dil tapmağa çalışın. Fikir ayrılıqları və ixtilaflar yaranarsa, diskussiyanı konstruktiv məcraya yönəldin. Münaqişələrin alovlanmasına imkan verməyin.
Fəaliyyətinizin bütün sahələrində təşəbbüslər məqbuldur. Sənədlərin imzalanması, səfər və ya səyahətə hazırlıq üçün münasib zamandır.
Günün ikinci yarısında ehtiyatlı olun. Səhvlərə yol verməmək üçün diqqətlə davranın.

Dolça - xoş və əlverişli gündür. Çətin işin öhdəsizdən gələcəksiniz. Sizi sürprizlər və uğur gözləyir.
Son vaxtlar sizi narahat edən problem həllini tapacaq. İşgüzar fəaliyyət baxımından əlverişli dönəm olmasa da, uzunmüddətli planlar qurmağa başlamaq olar.
Ev işlərini görün. Yaşam arealını qaydaya salın, şəraitdə dəyişikliklər edin.
Axşam saatlarında istirahət edin. Ətrafınızdakı insanlara xoş təəssüratlar da bəxş etmək olar.

Balıqlar - yaxşı günlərdən biri deyil. Qıcıq yaradan və sinirləndirən məqamlar çoxdur. Amma yaxşı xəbər də var: əhvalınıza özünüz təsir edin, pozitiv olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizi şənləndirməyə çalışırlar.
Onların səylərinə azacıq da olsa, reaksiya verin. Hirslənməyin.
Günün ikinci yarısında əsəbi davransanız və sərt danışsanız, sonradan acı fəsadlarla üzləşəcəksiniz.
Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Alış-verişdə bədxərclik etməyin. Sizi məntiqsiz xərclərdən çəkindirə biləcək insan yanınızda olmalıdır. Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.