09.03.2019 Gündəlik Bürclər (9 Mart 2019 Günlük Bürclər)

08 Mart 2019
5 460
0
09.03.2019 Gündəlik Bürclər (9 Mart 2019 Günlük Bürclər)
Qoç
Uğursuz və çətin gündür. Öz qüvvənizdən düzgün istifadə edərək, əhəmiyyətli dəyişiklikləri yaxşılığa doğru istiqamətləndirə bilərsiniz. Mühüm görüşlər, işgüzar danışıqlara ciddi hazırlaşmaq lazımdır. Izdihamlı yığıncaqlarda siz özünü artıq hiss edəcəksiniz.

Buğa
Uğurlu gündür. Müsbət tendensiyaların təsiri güclüdür və bu təsir demək olar ki, həyatın bütün sahələrinə yayılır. Yaradıcılıq potensialı artır, yeni ideyalar meydana çıxır. Yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq, işi dəyişmək olar. Xoş sürprizlər və hədiyyələr də istisna deyil.

Əkizlər
Ehtiyatlı olun. Diqqətsizlik ciddi çətinliklərlə nəticələnə bilər. Yüngül nasazlıq günün ikinci yarısında mümkündür. Dəri ilə bağlı problemlər yarana bilər, allergiya ehtimalı yüksəkdir. Kulinariya sahəsində eksperimentlərə, ekzotik məhsullara və içkilərə aludə olmaq lazım deyil.

Xərçəng
Qətiyyətlə hərəkət edin. Çoxdan yaranmış maneələrin aradan qaldırılmasının yeni yollarını axtarmağa tənbəllik etmirsiniz. Bu mövzuda nə qədər israrlı olsanız, yaxşıdır. Geyim, bəzək əşyaları, aksessuarlar almaq lazım deyil – çətin ki, siz onları taxacaqsınız. Xoş tanışlıq mümkündür, lakin münasibətlərin inkişafı ilə bağlı tələsməyə dəyməz.

Şir
Işlərinizi təxirə salmayın. Günün birinci yarısında pozitiv tendensiyalar güclü olacaq. Bundan yararlanmaq lazımdır. Zamanla situasiya dəyişəcək. Təəssüf ki, bu yaxşılığa doğru olmayacaq.

Qız
Maraqlı gündür. Qərar verməzdən əvvəl daxili səsinizə qulaq asın. Işdə müdiriyyət və həmkarlarla aranızda fikir ayrılığı ola bilər. Yaxşı olar ki, xüsusən də günün ikinci yarısında artıq ifadələrə yol verməyəsiniz.

Tərəzi
Uğurlu gündür. Ətrafdakılarla dil tapmaq asan olacaq. Maraqlı tanışlığa imza atacaqsınız. Əhvalınız yaxşı olacaq. Istənilən problemin həlli sizin üçün rahat olacaq.

Əqrəb
Yeni ideyalar və maraqlı imkanların yaranması baxımından çox uğurlu gündür. Sizin bu gün səhv etmək ehtimalınız azdır. Xırda fikir ayrılıqları istisna deyil, ancaq ciddi münaqişəyə qədər məsələ böyüməyəcək

Oxatan
“Oxatan”lər keçmiş səhvlərini təkrarlayacaqlar. Halbuki siz işdə və evdə mübahisədən yayınmağa çalışırsınız. Yaranan fikir ayrılıqlarının nəticələri xoşagəlməz ola bilər. Vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışın.

Oğlaq
Günün ilk yarısından maksimum səmərəli istifadə etmək lazımdır. Bu əlverişli vaxtda çox şeyə nail olmaq olar. Lakin tədricən neqativ meyillərin təsiri güclənəcək, sizin həyat potensialınız və işgüzar fəallığınız azalacaq. Əhval-ruhiyyəniz korlana bilər. Günün ikinci yarısında sağlamlığınıza fikir verin.

Dolça
Əlverişli gündür. Maraqlı işgüzar təkliflər almaq ehtimalı var. Yeni tanışlıqlar ehtimalı yüksəkdir. Gün maliyyə baxımından uğurludur. Bir çox “Dolça”ların son vaxtlar onları narahat edən məsələləri həll etmək şansı olacaq. Böyük bazarlıq etmək olar.

Balıqlar
Bu gün yaxşı əhval-ruhiyyəni saxlamaq asan olmayacaq. Bədxahlar üçün bu kifayətdir. Ailə üzvləri ilə ciddi fikir ayrılıqları ehtimalı var. Maliyyə məsələlərini birgə həll etmək daha yaxşıdır. Işdə vəziyyət qeyri-sabit olacaq. Uğursuz sövdələşmələr, pul itkisi istisna deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.