13.03.2019 Gündəlik Bürclər (13 Mart 2019 Günlük Bürclər)

12 Mart 2019
6 993
0
13.03.2019 Gündəlik Bürclər (13 Mart 2019 Günlük Bürclər)
Qoç
Mühüm işgüzar məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Müsahibə, şifahi imtahan vermək üçün məhsuldar gündür. Işgüzar səfərlər gözlənildiyindən çox vaxt ala bilər, amma buna görə hansısa planlaşdırılmış işləri təxirə salmaq lazım gəlməyəcək. Romantik görüş də çox yaxşı keçəcək.

Buğa
Peşə sahəsində yaxşılığa doğru dəyişikliklər ola bilər, mühüm maliyyə və əmlak məsələlərinin həllinin öhdəsindən əla gələcəksiniz. Müstəqil kommersiya fəaliyyəti ilə məşğul olan “Buğa”ların gəlirləri artacaq. Yadda saxlayın, kim bu gün sizə paxıllıq edirsə, təhlükəli düşmən ola bilər.

Əkizlər
Istənilən mühiti dəyişmək və ya səfər üçün hazırlıq baxımından əlverişli gündür. Bu gün qadınların məsləhətlərinə qulaq asmaq faydalıdır. Axşama yaxınlarla xoş ünsiyyət, rahat istirahət gözlənilir. Bu gün tədbirlərdən imtina etmək xeyrinizə olar.

Xərçəng
Peşəkar sferada yeni imkanlar açılacaq. Son zamanlar ailədə problemlər yaşanır. Bu gün ailədaxili problemlərə son qoymaq vaxtıdır. Həyat eşqi yüksəkdir, əhvalınız da yaxşı olacaq.

Şir
Ünsiyyət üçün əlverişli gündür, uğurlu işgüzar əlaqələr mümkündür. Bu gün ətrafdakılar sona qədər sizin haqlı olduğunuza şübhə etməyəcəklər, sizin mövqeyinizin düzgün olduğunu etiraf edəcəklər. Səyahət, böyük bazarlıq və ya maliyyə məsələlərinin müzakirəsi üçün münasib gündür.

Qız
Işdə problem ola bilər. Bir çox “Qız”lar, hətta sadə məsələlərin həllində səhvlərə yol verəcək. Maliyyə itkisi təhlükəsi var. Bu səbəbdən bahalı əşyalar almaq arzuolunmazdır. Qadınlarla dil tapmaq asan olmayacaq. Gözlənilməz səfərlər, planlaşdırılmamış görüş ehtimalı var.

Tərəzi
Xoş sürprizlər vəd edən gündür. Işdə xeyli irəliləyişlər gözlənilir, maraqlı işgüzar təkliflər almaq mümkündür. Şəxsi münasibətlər baxımından əlverişli gündür, yeni tanışların rəğbətini asanlıqla qazanacaqsınız. Bazarlıq etmək olar.

Əqrəb
Yeni ideyalarınızın əksəriyyəti çox yaxşı çıxır. Gün istənilən növ yeni layihələr üzərində işlərə başlamaq üçün münasibdir. Həyat tərzini dəyişmək olar, zərərli vərdişlərdən qurtulmaq üçün münasib gündür. Karyera sferasında pillələrlə yüksəlmək şansınız olacaq.

Oxatan
Sizinlə iş görmək asan olmayacaq. Maliyyə çətinlikləri ola bilər. Bu gün vacib sənədlərin hazırlanması ilə məşğul olmaq, məmurlarla iş görmək, dövlət təşkilatlarını ziyarət etmək arzuolunmazdır.

Oğlaq
Bu gün pulla ehtiyatlı olun. Planlaşdırılmamış xərcliklərə yol verməyin. Peşəkar məsələlərin həlli daha üzücü olacaq. Həyatınızda rol oynayan insanlarla münasibət isə yaxşı olacaq. Siz var qüvvənizlə çalışırsınız və ciddi nəticələrə nail olursunuz.

Dolça
Mürəkkəb gündür. Təxribatlara asanlıqla uyursunuz, sadəlövlük göstərirsiniz. Sizi hövsələdən çıxarmaq arzusunda olanlar kifayət qədərdir. Maliyyə itkisi, uğursuz sövdələşmələr mümkündür. Bir çox nümayəndələr alış-verişlə əhvallarını qaldırmağa çalışacaqlar.

Balıqlar
Parlaq və yaddaqalan gündür. Bürcün bir çox nümayəndələri karyera inkişafı ilə bağlı mühüm qərarlar qəbul edəcək, yeni tərəfdaşlar və müttəfiqlər qazanacaqlar. Bu gün yorğunluq hiss etməyəcəksiniz. Günün ikinci yarısında planlaşdırılmamış səfər gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.