14.03.2019 Gündəlik Bürclər (14 Mart 2019 Günlük Bürclər)
Ev həyatınızın xaricində olan fəaliyyətinizdən kef alacaq bir gün yaşayacaqsınız. Eşq həyatınızda təsirli duyğularınızı heç çətinlik çəkmədən ortaya tökəcəksiniz.
Buğa
Bu gün evinizdə və ya eviniz qədər rahat olan mühitdə olacaqsınız. Istirahət etmək sizin üçün son dərəcə əhəmiyyətli olacaq. Bayram əvvəli evinizdə görüləcək işlərə diqqət yetirin.
Əkizlər
Günortadan sonra qohumlarınızla bir yerdə olacaqsınız. Bayramda edəcəklərinizi nəzərdən keçirməlisiniz. Yoldaşlarınız və sizi sevənlər sizə bir çox müvzuda dəstək olacaqlar.
Xərçəng
Bu gün, xüsusilə günortadan sonra maddi durumla bağlı məsələlər başınızı ağrıdacaq. Bunu atlamaq üçün ətrafınızdan dəstək görmək istəyirsiniz. Işlə bağlı gözəl xəbərlər ala bilərsiniz.
Şir
Bir neçə gündür hiss etdiyiniz istəksizlik günortadan sonra yerini hərəkətli mühitə verəcək. Edilməsi lazım olan işlərinizi planladırın. Səyahət və tətil planları sizi çox xoşbəxt edəcək.
Qız
Sürətli başlayan gününüz günortadan sonra yerini istəksizliyə buraxa bilər. Duyğularınızı sevdiyiniz insanla paylaşmamanız bəzi problemlərə səbəb ola bilər. Işinizə məsuliyyətli yanaşmaq günün tələblərindəndir.
Tərəzi
Gününüzü yoldaşlarınızla keçirə bilərsiniz. Yarımçıq qalan işləriniz varsa, bu gün bu iclərinizi reallaşdırmağı planınıza daxil edin. Şəxsi həyatınızda son dərəcə şanslı situasiyalar yaşayacaqsınız.
Əqrəb
Nə işlə məşğul olmanızdan asılı olmayaraq göz qabağında olmağı çox sevirsiniz. Bayram əvvəli görüləsi işlərinizi günortadan sonra həyata keçirəcəksiniz.
Oxatan
Bu gün həyatı sevərək yaşamağı seçməlisiniz. Yeni mühitlər və insanlar kefinizi artıracaq. Gün boyu gəzmək və yeni yerlər kəşf etmək istəyəcəksiniz.
Oğlaq
Günortadan sonra içinizə qapanıb duyğularınızı gizlədəcəksiniz. Düşüncələrdən çox hərəkətə ehtiyac duyursunuz. Bu gün ailənizlə və sevdiklərinizlə birlikdə hərəkət etmək sizin üçün əhəmiyyətli olacaq.
Dolça
Detallarla boğuşduğunuz bir neçə günün ardından bu gün günortadan sonra sevdiyiniz adamla birlikdə olacaqsınız. Onun istəklərinə uyğun planlar quracaqsınız. Yaxın ətrafınıza kömək edəcəksiniz.
Balıqlar
Bu gün etməniz lazım olan işləriniz üzərində dayanacaqsınız. Çox işləriniz yığılıb qalıb və verdiyiniz vədlər üzündə bunları gün ərzində nizamlamalısınız. Gözlədiyiniz pul əlinizə gəlib çatacaq.