14.04.2019 Gündəlik Bürclər (14 Aprel 2019 Günlük Bürclər)

13 aprel 2019
4 832
0
14.04.2019 Gündəlik Bürclər (14 Aprel 2019 Günlük Bürclər)
Qoç
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.

Buğa
Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.

Əkizlər
Narahat gündür. Əsəb gərginliyi keçirəcəksiniz. Bu da əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər.

Xərçəng
Güclü müşahidə qabiliyyətiniz dadınıza çatacaq və gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda, münaqişə qaçılmazdır.

Şir
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Qız
Bu gün düzgün qərarlar verəcəksiniz. Köhnə əlaqələrin bərpası gözlənilir. Ehtimal ki, gözlənilməz təklif və dəvət alacaqsınız. Tərəddüd etmədən razılığınızı bildirin, peşman olmayacaqsınız.

Tərəzi
Vaxtınızı ailənizə və sevdiklərinizə ayıra bilərsiniz. Yoldaşlarınızla birlikdə hazırladığınız gözəl plan da gününüzü əyləncəli edə bilər. Ulduzlar bildirir ki, son günlər baş verən olayları şişirdirsiniz.

Əqrəb
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı eksperiment arzuedilməzdir.

Oxatan
Özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə deyil. Maddiyyata bağlı, həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.

Oğlaq
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Dolça
Ətrafdakılar sizin müsbət cəhətlərinizi görəcəklər. Bir zamanlar sizin haqqınızda düzgün fikirdə olmayanlar fikirlərini dəyişəcəklər. Gözlənilməz qonağınızın olacağı da istisna deyil.

Balıqlar
Bir az gözləsəniz, ideyalarınızın reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu, onlarda alınacaq.
Şərh Yaz