18.04.2019 Gündəlik Bürclər (18 Aprel 2019 Günlük Bürclər)

17 Nisan 2019
7 539
0
18.04.2019 Gündəlik Bürclər (18 Aprel 2019 Günlük Bürclər)
Qoç
Uğurlu gündür. Gün işgüzar danışıqlar üçün münasib hesab edilir. Lazımi şəxslərdən asanlıqla dəstək alacaqsınız. Şəxsi müstəvidə işləriniz də kifayət qədər yaxşıdır. Gün xoş sürprizlər gətirəcək.

Buğa
Bu gününüzü başqalarının probleminin həllinə həsr edəcəksiniz. Təbii ki, bunların həlli sizdə heç bir maraq oyatmayacaq. Ailədə konflikt yaşanmasının qarşısını alın. Gün uzaq qohumla görüşmək üçün əlverişlidir. Romantik görüş üçün ən münasib vaxt günortadır.

Əkizlər
Çətinliklər istisna deyil, ancaq yadda saxlayın ki, onlar elə də ciddi xarakter daşımayacaq. Səfərə çıxmaq üçün əla gündür. Romantik görüşünüz də yaxşı keçəcək. Ekzotik restorana, qeyri-adi kluba gedə bilərsiniz.

Xərçəng
Bu gündən etibarən ən çətin dövrünüz başlayır. Sınaqlara hazır olun. Işdə ciddi problemləriniz çıxacaq, müdiriyyətin sizin səhvlərinizə kəskin reaksiya verəcəyi ehtimal edilir. Enerji qıtlığından yarımçıq qalmış işlərinizi sabaha saxlamayın. Günün ikinci yarısında səhhətinizdə dəyişiklik ola bilər.

Şir
Gün gözlənilmədən yaxşı xəbərlər gətirəcək. Bütün həyəcan və gərginliyi kənara ataraq, müsbət əhval-ruhiyyəyə köklənəcəksiniz. Çoxdankı yoldaşlarınızla aranızdakı fikir ayrılığı sizin xeyrinizə öz həllini tapacaq.

Qız
Deyəsən, tələsik getməklə maraqlı məqamları qaçıracağınızdan ehtiyatlanırsınız. Ətrafdakılar sizi tələsdirəcəklər, amma bir neçə uğursuz cəhddən sonra sizin işlərinizə müdaxilə etməyəcəklər. Uzun yola çıxmaq da məsləhət deyil.

Tərəzi
Birdən-birə çətinlikləriniz yaranacaq. Başlıcası odur ki, günün birinci yarısında təslim olmayın. Bu zaman kəsiyində ən çətin dəqiqələrə dözməklə işinizi yüngülləşdirə bilərsiniz.

Əqrəb
Çoxsaylı məsləhətlərdənsə hisslərinizi dinləsəniz, vəziyyəti yaxşılığa doğru dəyişə bilərsiniz. Ətrafdakıların sizi düzgün yol seçməməkdə ittiham etmələrinə əhəmiyyət verməyin. Başqalarının eksperimentlərində iştirak etməyin, kimsənin planlarınıza müdaxilə etməsinə icazə verməyin.

Oxatan
Uğurlu gündür. Əlinizə götürdüyünüz istənilən işin öhdəsindən gələcəksiniz, hətta əla nəticələr də qazanacaqsınız. Yaxın keçmişdəki rəqibləriniz elə keçmişdə qalacaqlar. Günün maliyyə mənzərəsi uğurlu olacaq.

Oğlaq
Asan və şən olacağına ümid etməyin, çünki gün kədərli və çətin olacaq. Bu, həftənin ən uğursuz günüdür. Əgər ehtiyatlı olsanız və riskə getməsəniz, ciddi itki üz verməyəcək. Işgüzar əlaqələriniz daha çox ehtiyatlılıq tələb edəcək.

Dolça
Gün çox da uğursuz deyil, taledən hədiyyə gözləsəniz, nələrəsə nail ola bilərsiniz. Bir çox bəxti gətirənlər sizdən irəli getsə də, siz onlardan çox da geri qalmayacaqsınız.

Balıqlar
Çalışmalı olacaqsınız. Çoxlu sayda həll olunmamış məsələlər sizi gözləyir. Bütün bunlar isə diqqət tələb edir. Ciddi səhvə yol verməyəcəksiniz. Mötəbər şəxslər sizi dəstəkləyəcəklər, amma nəzərdən qaçırmayın ki, bunun müqabilində onlar da nələrsə umacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.