22.04.2019 Gündəlik Bürclər (22 Aprel 2019 Günlük Bürclər)

21 aprel 2019
5 644
0
22.04.2019 Gündəlik Bürclər (22 Aprel 2019 Günlük Bürclər)
Qoç
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qarderobunuzu dəyişin. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız.

Buğa
Gün sürprizlərsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz.

Əkizlər
Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

Xərçəng
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil.

Şir
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.

Qız
Düzgün təyin olunmuş məqsəd vacib şərtdir. Sizdən tələb olunan isə təhriflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar.

Tərəzi
Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Tərəzi”lər üçün məhsuldar gündür.

Əqrəb
Xüsusi əlaqələrinizdə sevdiyiniz adamla paylaşmalarınız arta bilər, birlikdə plan qura bilərsiniz. Son zamanlar hər növ mövzunu çoxlarıyla müzakirə edirsiniz. Şübhələrinizi kənara ataraq hərəkətə keçmək zamanıdır.

Oxatan
Fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Birdən çox təklif qarşısında qərar verməkdə çətinlik çəkəcəksiniz.

Oğlaq
Bu gün evinizdə istirahət etmək və ya vaxt keçirmək ən böyük arzunuz olacaq. Işdən yığdığınız yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək.

Dolça
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitiklik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Balıqlar
Xoş gündür. Yaxşı ideyalarınızı reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sozlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.
Şərh Yaz