09.05.2019 Gündəlik Bürclər (9 May 2019 Günlük Bürclər)

08 may 2019
4 942
0
09.05.2019 Gündəlik Bürclər (9 May 2019 Günlük Bürclər)
Qoç
Bu gün ünsiyyətdə diqqətli olun, emosiyalarınıza nəzarət edin. Əks təqdirdə ambisiyalar mübarizəsi qaçılmazdır. Hansısa məsələni araşdırmağa başlayanda soyuqqanlı olun. Təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olun. Yaxşı nəticə əldə olunacaq.

Buğa
Qətiyyətli olun. Fəaliyyətdə olmaqla yanaşı, yaxın gələcəklə bağlı planlar qurun. Az sonra karınıza gələcək zəruri məlumatları toplayın. Ən xırda məsələlərdə tərəddüd etməyin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.

Əkizlər
Aqressiv olmayın. Eyni zamanda özünüzə də tənqidi yanaşın. Kiçik problemləri böyüdərək özünüzə dərd etməyin. Işlərin hamısı mükəmməl olmaya bilər. Axşam saatları üçün aktiv istirahəti seçin.

Xərçəng
Rəqiblərin məxfi planından, ideyalarından xəbər tutmağa çalışın. Planlarda dəyişikliklər etmək üçün alınan məlumatı təhlil etməyi unutmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirsəniz, gündən böyük zövq alarsınız.

Şir
Düşünün, sonra danışın. Yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid atəşinə tutacaqlar. Problemləri həll edərkən yeni çətinliklər yaratmayın. Münaqişələrə yol verməmək üçün yaxşı bələd olmadığınız insanlarla təması məhdudlaşdırın.

Qız
Sayıq davranın, tənbəl olmayın. Bədxahlar və rəqiblər zəifliyinizdən yararlanaraq sizə zərbə vurmağa hazırlaşırlar. Problemlərə səthi yanaşmağınızdan düşmənlər yararlanacaqlar. Ehtiyatlı və sayıq olun.

Tərəzi
Hüquqlarınızı qorumağı bacarın. Mübahisələrə cəlb olunarkən təmkinli davranın, soyuqqanlı olun. Hisslərin tarıma çəkildiyi əsnada qarşıdurmaya səbəbkar olmamaq üçün hisslərinizi cilovlayın. Münasibətlərin aydınlaşdırılmasını ertələyin.

Əqrəb
Yaxın ətrafınızdakı insanların bacarmadıqları işi yerinə yetirəcəksiniz. Ən çətin, ağır təsir bağışlayan problemi çözmək iqtidarındasınız. Axşam saatlarında normal istirahət edin.

Oxatan
Xəyallara qapılmayın, illüziyalara aldanmayın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sərt olmayın. Söhbət zamanı qarşı tərəfin hisslərinə hörmətlə yanaşın. Mübahisəli məsələləri həll edin.

Oğlaq
Situasiyanın gərginliyi hadisələrin inkişaf məcrasını köklü şəkildə dəyişə bilər. Yaxın ətrafınızdakı insanların bəzilərinin mövqeyini dəyişəcəyinin şahidi olacaqsınız. Etibar etdiyiniz insanı tamamən yeni yöndə görəcəksiniz. Özünüzü bədxahların tələsindən qoruyun.

Dolça
Bu gün hesablamalarda və yazılarda diqqətli olun. Təhsil, elm, biliklər sahəsində əlverişli zamandır. Axşam saatlarına hər deyilən sözü dərin təhlil etməyin. Yaxınlarınız sizdən diqqət və qayğı gözlədiyi zamanda qaraqabaq, fikirli davranışınız diqqətdən yayınmayacaq.

Balıqlar
Yenilik və dəyişikliklər zamanıdır. Artıq yükdən qurtulmağa çalışın, gərəksiz əşyaları düşünmədən atın. Günün ikinci yarısında aktiv olun. Çoxdan bəri reallaşdırmaq istədiyiniz planı gerçəkləşdirə bilərsiniz.
Şərh Yaz