12.05.2019 Gündəlik Bürclər (12 May 2019 Günlük Bürclər)

11 may 2019
5 107
0
12.05.2019 Gündəlik Bürclər (12 May 2019 Günlük Bürclər)
Qoç
Gün xırda problemlərlə zəngindir. Problemlər getdikcə çoxalacaq. Bu səbəbdən günün birinci yarısında başınızı qaldırmağa macal tapmayacaqsınız. Gün təhsildə uğur vəd edir. Gələcəyiniz barədə düşünməyə dəyər.

Buğa
Qlobal dəyişikliklər tələb edən qərarlar verməyin. Eyni zamanda işgüzar təkliflərlə çıxış etmək üçün də münasib gün deyil. Işgüzar sferada ehtiyatlı olmaqla yanaşı şəxsi müstəvidə də yüz ölçəndən sonra addım atın.

Əkizlər
Sizə həsəd aparmaq olar. Çox uğurlu gündür. Bundan səmərəli istifadə edin və çoxdan sizi narahat edən problemləri həll edin. Bu gün sizin cazibənizə biganə yanaşa bilən adam olmayacaq.

Xərçəng
Istənilən yaradıcı iş üçün əlverişli gündür. Yeni tanışlıq istisna deyil. Ancaq yaxın ətrafla aranızda fikir ayrılığı ola bilər. Sülhü saxlaya biləcəksiniz. Ancaq bunun üçün müəyyən güzəştə getməli olacaqsınız.

Şir
Yaxınlarınıza qarşı çox diqqətli olmağa çalışın. Işgüzarlıq baxımından pis gün deyil. Maddi durumunuzu düzəldə bilərsiniz.

Qız
Ciddi problemlər yaranarsa, onu özünüz aradan qaldırmağa çalışın. Çünki yardım istəsəniz, çıxılmaz vəziyyətə düşəcəyiniz istisna deyil. Yaxınlarla münasibəti aydınlaşdırmaq, bütün problemlərin birdən həlli üçün münasib gün deyil.

Tərəzi
Başqalarının zəif damarını tutmaq sizin üçün ən asan işdir. Ulduzlar hiylə işlətməməyi tövsiyə edir, çünki bunun üstünün açılacağı və acı nəticələnəcəyi bildirilir. Gün boyu nikbin olacaqsınız.

Əqrəb
Gün pozitiv olacaq və siz günün birinci yarısında artıq əhəmiyyətli uğurlara imza atacaqsınız. Ancaq təəssüf ki, getdikcə daha pis olacaq. Bu, mötəbər şəxslərlə sizin aranızda baş verəcək fikir ayrılığı ilə bağlıdır. Yaxşı olar ki, bu gün diplomatik gedişlər edəsiniz.

Oxatan
Qərar qəbul etmək üçün əlinizdə kifayət qədər informasiya yoxdur. Bu səbəbdən də bu gün uzunmüddətli plan qurmaq və ya qərar qəbul etmək məsləhət deyil. Bütün problemlərə baxmayaraq, siz nikbinliyiniz və yaxşı əhvalınızı qoruyub saxlayacaqsınız.

Oğlaq
Günün birinci yarısı ehtiyatı əldən verməsəniz, ikinci yarısı uğurlu gələcək. Bu gün əldə edəcəyiniz informasiya faydalı olacaq. Gün təhsil almaq üçün münasibdir. Şəxsi və işgüzar münasibətlərin qurulması üçün əlverişli gündür.

Dolça
Bu gün sizin üçün asan olmayacaq. Buna baxmayaraq günü uğursuz hesab etməyə tələsməyin. Əgər uzunmüddətli əməkdaşlıqla bağlı sövdələşmədə maliyyə tərəflərini müzakirə etmisinizsə, onu imzalaya bilərsiniz. Ehtimal ki, bu gün gəliriniz olacaq.

Balıqlar
Axşama qədər əhvalınnız əla olacaq. Sevdiyiniz şəxs diqqət və qayğı ilə sizi əhatə edəcək. Ev işləri ilə bağlı problemlər ortaya çıxacaq. Bu işlər sizə cansıxıcı və maraqsız gələcək.
Şərh Yaz