25.06.2019 Gündəlik Bürclər (25 İyun 2019 Günlük Bürclər)

24 Haziran 2019
6 284
0
25.06.2019 Gündəlik Bürclər (25 İyun 2019 Günlük Bürclər)
Qoç
Uğursuz və sizin üçün maraq kəsb etməyən cansıxıcı müzakirələrlə bağlı bir gündür. Əhatənizdəkiləri yumşaq şəkildə tənbeh etmək istəyəcəksiniz, amma əksinə alınacaq. Işdə və evdə mübahisə ola bilər. Yaxşı olar ki, bir müddət şərikli işlərdən kənara çəkilib özfəaliyyətlə məşğul olasınız.

Buğa
Problemlərinizlə təklikdə qalmayın. Ətrafdakılar sizə yardım etmək istəyir, onları rədd etməklə küsdürməyin. Mötəbər adamlar arasında özünüzə pərəstişkar tapa bilərsiniz. Məsuliyyətli olmağınız professional sferada səhv etməyinizin qarşısını alır.

Əkizlər
Günün bütün çətinliklərinə nikbin yanaşmağa çalışacaqsınız. Öz gücünüzə güvənmək cəsur addımlar atmağa yardımçı olacaq. Səfəriniz uğurlu olacaq. Günün ikinci yarısında isə xırda itkilər üz verə bilər. Lakin baş verənlər sizi hövsələdən çıxarmayacaq.

Xərçəng
Səbirli olsanız uğur özü sizi tapacaq. Yadda saxlayın, günün hadisələri ləng inkişaf edəcək. Buna görə ətrafdakıları tələsdirməyin. Xüsusilə də günün ortalarında hisslərinizi cilovlamalısınız. Bu gün pulunuza da qənaət edin.

Şir
Günün hadisələri sizi sevindirəcək. Bürcün bəzi nümayəndələri “şəxsi həyatımda dəyişiklik etmək pis olmazdı” fikrinə düşəcəklər. Nəyi dəyişdirmək istədiyinizi isə heç özünüz də bilmirsiniz. Yaxşı olar ki, ilk növbədə bunu aydınlaşdırasınız, sonra hərəkətə keçəsiniz.

Qız
Situasiya yaman qəliz olacaq və sizi çıxılmaz vəziyyətə salacaq. Gözlənilmədən məlum olacaq ki, köhnə dostunuz sizə qənim kəsilib (yaxud da əksinə, köhnə düşməniniz sizə dost çıxacaq). Bu gün vacib informasiya əldə edəcəksiniz.

Tərəzi
Bu gün xoşagəlməz hallar başınıza gələ bilər, zədələnmə ehtimalı da istisna deyil. Işgüzar aləmə gəlincə, bu sferada vəziyyət daha yaxşı olacaq. Yeni həmkarlarla əməkdaşlığa başlaya bilərsiniz. Gün romantik görüş üçün də əlverişlidir.

Əqrəb
Nəyəsə nail olmaq istəyirsinizsə, onda tələsin. Ulduzlar bildirir ki, çox cəld hərəkət etmək lazımdır. Daxil olmuş işgüzar təkliflər ətrafında çox düşünməyin, sövdələşmə imzalamağı gecikdirməyin. Səyahətə çıxmaq üçün də münasib gündür. Yer dəyişimi sizə xoş təsir bağışlayacaq.

Oxatan
Birinci dərəcəli məsələləri ikinci dərəcəlidən ayırd etmək asan olmayacaq. Yaxşı olar ki, həyat təcrübəsi sizdən çox olanlardan məsləhət alasınız. Danışıqlar aparmaq üçün günün ikinci yarısı münasibdir. Hisslərinizə aldanmayın. Əvvəlcə yaxşı düşünün, sonra ətraflı plan qurun.

Oğlaq
Gün hyatınızda bir sıra dəyişikliklər aparmağa imkan verəcək. Qohumlardan, yaxud da sizə əziz olan bir adamdan xoş xəbər eşidəcəksiniz. Karyera yüksəlişi gözlənilir. Şəxsi müstəvidə elə bir hadisə yaşana bilər ki, siz onu heç gözləmirdiniz.

Dolça
Nə qədər çox danışırsınızsa, bir o qədər də ətrafdakılar sizə diqqətlə qulaq asırlar. Bu üzdən ictimai çıxışlar üçün əlverişli gündür. Gün bir sıra maraqlı görüşlər vəd edir. Axşam saatlarını dostların əhatəsində keçirəcəksiniz.

Balıqlar
Günün başlanğıcında ehtiyatlı olun. Bu zaman kəsiyində buraxılmış səhv addım sizə baha başa gələ bilər. Müdriyyətlə və kolleqalarınızla aranızda ciddi fikir ayrılığı ola bilər. Günün ikinci yarısı isə daha xoş tendensiyalalarla bağlı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.