İyul Ayında Bürclər nə vəd edirlər?

01 Temmuz 2019
8 015
0
İyul Ayında Bürclər nə vəd edirlər?
Qoç - 2019-cu ilin İyul ayı Qoç bürclərini xülyalı və romantik bir vəziyyəti daşıyacaq. Qoç bürcünün idarəçisi olan Mars planeti romantik bürc olan Yengəc bürcündədir, Yupiter və Venera planetləri öz əliaçıq davranışlarını Qoç bürcünün eşq və ehtiras evində reallaşdıracaqlar. Bu mürəkkəb təsirlər altında, sizin ruhunuzu hisslər qucaqlayacaq və ürəyiniz bu duyğuların təsiri altında qalacaq. Qoç bürclərinin eşq həyatında əhəmiyyətli şeylər reallaşacaq: yeni romantizm, itirilmiş eşqlərin izindən getmək, birlikdə geri dönmək, evlilik təklifləri. Hərhalda əlaqələr mərkəz nöqtəniz olacaq. Buna baxmayaraq Qoç bürcünün evlilik evinin idarəçisi olan Venera 25 İyul 2019-cu ildə geri getməyə başlayacaq. Bəzi gözlənilməz vəziyyətlərin ortaya çıxması sizi çaşdırmasın. Sizin beyninizdə romantik xəyal qırıqlığı yaşanacaq. 2019-cu ilin İyul ayında Qoç bürclərinin maraq sahələri professional həyatdan daha çox pul və şəxsi həyatları ətrafında dönəcək. Siz professional məsuliyyətlərinizin öhdəsindən gəlməlisiniz, bu hətta gərəksiz olsa belə. Enerjili və aktiv Günəşlə Mars planetinin qarşılıqlı mövqeyi Qoç bürclərinin mülk, ev, torpağa olan marağını daha da çoxaldacaq. Siz həm də əkinçilik, inşaat, təbii sərvətlər və tarixlə və ya keçmişlə əlaqəli başqa işlərlə maraqlanacaqsınız. Venera və Yupiter Qoç bürclərinin yaradıcı - artistik, idman, təqdimat və nümayəndəlik sahəsindəki müvəffəqiyyətini qarantiya altına alacaqdır. Maliyyə baxımından 2019-cu ilin İyul ayı Qoç bürcləri üçün məhsuldar olacaq, lakin məsuliyyət də bol olacaq. Əvvəlki aylarla müqayisədə Qoç bürcləri diqqət çəkəcək qədər gözəl fiziki görünüşə sahib olacaqlar. 2019-cu ilin İyul ayının son on günlüyü sizin fiziki görünüşünüz zirvəyə çatacaq. Hərəkətli olmaq və ictimaiyyət içində reallaşan fəaliyyətlər üçün çox uyğun bir zamandır. Qadınlar hər zamankından daha məhsuldar olacaqlar. Stress atacaqsınız və yaxşı ki, necə stress atmaq lazım olduğunu bilirsiniz.

Buğa - Saturn geri getməyə davam edir və bu hərəkətdəykən Buğa bürcünün evlilik evinə çatdı. Buğa bürcünün evlilik evinin idarəçisi Mars gücsüz və gərgin vəziyyətdə olacaq. Beləcə 2019-cu ilin İyul ayı siz əlaqənizdə bəzi problemlər yaşayacaqsınız. Bu problemlər keçici olacaq, buna görə də kədərlənmənizə ehtiyac yoxdur. Lakin bu problemlərə siz özünüz səbəb olacaqsınız. Partnerinizlə aranızda anlaşılmazlıq və hərəkətsizlik səbəbiylə problemlər başlayacaq. Tənqid etməyə meylli olacaqsınız, problem yaradacaq və ya səhv zamanda reaksiya verəcəksiniz və həm də hər zamankından daha aqqressiv bir şəkildə. Yaxşı ki, Buğa bürcünün idarəçisi Venera, Böyük Köməksevər Yupiter planeti ilə birlikdə sizin üçün uyğun bir mövqedədir və ailəniz və evinizlə əlaqəli işlərdə sizə şans gətirəcək. 2019-cu ilin iyul ayı Buğa bürcləri üçün yeni başlanğıclar və işlərlə dolu məşğul bir ay olacaq. Tez-tez gəzintiyə çıxacaqsınız, çox yoldaşınız olacaq, ağlınıza hər cür fikir gələcək, özünüzü hər şeyə inandıracaqsınız, əyləncələr, qonaqlıqlar təşkil edəcəksiniz. Özünüzdəki gərgin və ya intellektual enerjini yox edəcəksiniz, əlaqə və informasiya sizin silahınız olacaq və bu dövr sizə güclü olmaq yaraşır. 2019-cu ilin İyul ayı intellektual səylər və ya eskizlər, hesablamalar, dəyişikliklər, danışıqlar, təqdimatlar, kurslar və imtahanlar mövzusunda Buğa bürcləri üçün mükəmməl bir ay olacaq, lakin sizin tələsməməli və riskə girməməlisiniz. Əgər strategiya, diplomatiya və yaxşı xatırlama bacarığına sahib olsanız, çox şeyə sahib ola bilərsiniz. 2019-cu ilin İyul ayı ev, torpaq və mirasla əlaqədar işlərdə Buğa bürcləri üçün həm də şanslı bir ay olacaq. İyul ayı boyunca çox pul qazanacaqsınız, lakin bu pulu tez xərcləməyə də meylli olacaqsınız. Fiziki olaraq 2019-cu ilin İyul ayı Buğa bürcləri çox yaxşı vəziyyətdə olacaqlar. İyul ayının 25-indən sonra Venera planetinin geri getməsi bəzi xoş olmayan vəziyyətlərə yol aça bilər. Bəzi sağlamlıq problemləri ortaya çıxa bilər və ya köhnə problemlər yenidən su üzünə çıxa bilər. Digər tərəfdən Venera planetinin geri getməsi sizi tibbi təhlillərə başlamaq üçün tətikləyə bilər və ya siz həyatınızı gigiyenik etmək üçün daha diqqətli davranacaqsınız.

Əkizlər - Ehtiraslı Venera Əkizlər bürcünün evlilik evinin idarəçisi Yupiter planetinin ətrafında olacaqdır. Beləcə 2019-cu ilin İyul ayı ürəklərlə və eşqlə dolub daşan açıq çəhrayı siqnallar göndərir. Əgər siz Venera planetinin yalnız eşq planeti deyil, həm də Əkizlər bürcünün ehtiras evinin idarəçisi olduğunu diqqətə alsanız, meteorologiya aparıcılarının elan etdiklərindən də isti gecələr yaşayacaqsınız. Yeni biri ilə tanış olacaq və ya keçmişdə eşq bağları ilə bağlı olduğunuz biri ilə yenidən bir araya gələcəksiniz. Əkizlər bürcünün ağlında ehtiras parlayacaq və o uzun söhbətlər, mesajlar və maillər, ulduzlu səma altında gəzintilər nəticəsində inkişaf edəcək. Beləcə 2019-cu ilin İyul ayı Əkizlər bürcü üçün uyğunlaşma, şirin sözlər, romantiklik və harmoniya içində keçəcək. Bu ay orijinal bacarıqlarınızın parlaması üçün çox uyğundur: sizin zarafatcıllığınız, əlaqə qabiliyyətiniz, fiziki zərifliyiniz və əl bacarıqlarınız. 2019-cu ilin İyul ayı çalışmaq, işlə əlaqədar proektlər hazırlamaq, informasiya almaq, yazı, tərcüməçilik və ya hesablama, danışıqlar və təqdimat üçün uyğun zamandır. Bu zaman Əkizlər bürcünün intellektual yaradıcılığının sərhədləri olmayacaq. Üstəlik siz bu danışıqlarda və şansda asanca müvəffəqiyyətə çatacaq və yeni karierinizdə professional müvəffəqiyyət qazanacaq, yeni kontraktlar imzalayacaqsınız. 2019 ilin İyul ayı Əkizlər bürcü üçün maliyyə baxımından da çox aktiv ay olacaq. Çox pul, üstün sərmayələr, fikirlər və həllər sizin işlərinizi daha məhsuldar edəcək. Lakin pulla əlaqədar munaqişə riski olacaq. Bundan qaçınmağa çalışın! Əhvalınız insanı heyrətə salır! Heç bir şey sizin optimist düşüncənizə kölgə sala bilməz və sizin zarafatcıllığınız sizi qonaqlıqlarda və yığıncaqlarda ön plana çıxarır. Əkizlər bürcü insanlarının 2019-cu ilin İyul ayı hədsiz fiziki enerjisi olacaq, çünki Əkizlər bürcünün idarəçisi Mars planeti Günəş və Mars yaxınlaşmasına görə yüksəlişdə olacaq. Bu səbəblə siz ifratdan, incidicilikdən uzaq dayanmalı olacaqsınız, çünki pis tale və durğunluq olmayacağı qarantiya edilməyib, hər şey ola bilər.

Xərçəng - Yengəc bürcündə Mars planeti olacaq və bu səbəblə sizin təşəbbüsünüz güclü, hissləriniz təmiz olacaq, cinsiliyiniz zirvəyə çatacaq. Mars planetinin bu bürcdən keçişi səbəbiylə Yengəc bürcləri üçün onun təsiri ikiqat artacaq. Mars hər kəs üçün sadəcə adrenalin və cinsilik planeti deyil, həm də onların ehtiras evinin idarəçisidir. 2019-cu ilin İyul ayı romantik baxımdan həyəcan verici bir ay olacaq, yeni romantizmə və yeni erotik praktikaya açıq bir ay olacaq. Əzm və rahatlıq ayı olacaq, yeni başlanğıclar edə bilər və əlaqədə ilk addımı siz ata bilərsiniz. Və ya siz təhrik edici və gözlənilməz işlərlə məşğul ola bilərsiniz. Sizin səbirsizliyiniz və düşüncəsizliyiniz sizi pis və munaqişə doğuran vəziyyətə sala bilər. Yengəc bürclərinin təşəbbüsləri və gücləri bu il İyul ayında maksimuma yüksələcək. Günəş və Mars planetinin Yengəc bürcündə olmasına görə sizin böyük arzularınız meydana gələcək, özünüzü göstərmə gərəyi duyacaq, hadisələrin mərkəzində olacaqsınız. Merkuri planeti də Yengəc bürcündə olacaq və sizə intellektual və əlaqə baxımından kömək olacaq. Mübarizədən və maneələrdən qorxmayacaqsınız. Hər şeyi arzuladığınız kimi etmək üçün hədsiz dayanıqlılıq, ağıllıca düşüncələr, düzgün strategiya və bacarıq lazımdır. Yengəclərin müvəffəqiyyəti 2019-cu ilin İyul ayının ilk iyirmi günündə çox böyük olacaq. İyul maliyyə baxımdan çox əliaçıq ay olacaq. O sizin səylərinizi qiymətləndirəcək və sizə gözlənilməz fayda verəcək. Yengəc bürclərinin İyul ayı boyunca mükəmməl fiziki enerjisi, heyrət verici özünü idarə etmə qabiliyyəti və iti intellektual zəkası olacaq. 2019-cu ilin İyul ayında siz çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz və qısamüddətli mübarizələrlə məşğul ola biləcəksiniz. Digər tərəfdən səbriniz azalacaq, tez əsəbiləşəcəksiniz, bu səbəblə uzunmüddətli səylər sizdə stress yarada bilər. Sizin ifrata meyliniz sizə sağlamlıq problemləri yarada bilər və zədələnmə və ya qəza riskinə səbəb ola bilər.

Şir - Aslan bürcünün eşq və cinsilik evinin idarəçisi Yupiter planeti indi artıq tam bir ildən bəri Aslan bürcündədir. Bu sizdə hədsiz böyük istək yaradacaq, sizi güclü instinktlə hərəkət etməyə təhrik edəcək və duyğulara gəlincə sizi açılmağa məcbur edəcək. 2019-cu ilin İyul ayı eşq planeti olan Venera, Aslan bürcündə məşğul olacaq. Beləliklə ' Havada eşq qoxusu var'! İndi aşiq olma, birlikdə gəzmək və romantika limitini doldurmaq zamanıdır. Bəzi hadisələrin keçmişlə əlaqəsi ola bilər. Sadəcə əvvəlki sevgililəriniz deyil, həm də keçmişdə həll edilməmiş problemlər bu dövrdə su üzünə çıxacaq. Bu dövr boyunca ev və ailəyə zaman ayırmaq Aslan bürclərinin eşq həyatının bir qismidir. Venera və Yupiter planetləri Aslan bürclərinə sadəcə eşq həyatında deyil, həm də professional həyatda da kömək edəcək. Venera - Yupiter cütlüyü 2019-cu il İyul ayı boyunca bütün sahələrdə sizə fürsətlər və müvəffəqiyyət gətirəcək. Siz yaxşı dostlarınız və hadisələrin üstün vəziyyətindən faydalanaraq, çox səy sərf etmədən çox şeyə sahib olacaqsınız. 2019-cu ilin İyul ayında da hər vaxt olduğu kimi diqqət mərkəzində olmanıza ehtiyac yoxdur. Bu ay daha çox hər şeyi araşdırıb gələcək aylar üçün strategiyalar hazırlamaq üçün uyğun aydır. Bəlkə də siz bunu ciddiyə almayırsınız çünki həyatdan zövq almaq, sevdiyinizlə birlikdə vaxt keçirmək, günəşli yay keçirmək istəyirsiniz. Pul ayın son on günlüyü sizi tapacaq. Həvəs və yaxşı ruh halı birlikdə sizə böyük ağıl gücü verəcək. Sağlamlığa gəlincə hər şey çox da gözəl olmayacaq. Aslan bürclərinin 2019 ili İyul ayı boyunca dayanıqlılığı azalacaq, lakin sevincləri artacaq. Xoş olmayan hadisələrin ortaya çıxma riski artacaq, xüsusilə ağrılar, yanma riski və ya yoluxucu xəstəlik riski artacaq. Qəza və ya bəzi tibbi xəbərdarlıqlar ortaya çıxa bilər.

Qız - Sakit bir dövr olacaq və Qız bürcləri maraqlı gözlərdən uzaq bir şəkildə gizli xoşbəxtliklərindən zövq alacaqlar. Əgər siz belə bir eşqdən zövq ala bilmirsinizsə, 2019-cu ilin İyul ayının bütün üstünlüklərindən faydalanmağa çalışın və eşq həyatınıza diqqət yetirin. Əhəmiyyətli nöqtə yaxınlaşmamaqdır. Ehtiyaclarınızı və gözləmələrinizi araşdırma fürsəti olacaq, həm də sizin bu səyləriniz sevdiyinizi xoşbəxt edəcək. Çalışın bir cüt olaraq həyatınızdakı hər şeyi asanlaşdırın. Hər şeylə romantik asılılıq və sevdiyinizin azadlığını məhdudlaşdırmadan maraqlanın! Əlaqənizə daha çox zaman ayırın, sevdiyinizlə daha çox maraqlanın, yaxınlaşmaq üçün zəmin hazırlayın. Qız bürclərinin ictimai həyatı indi çox məşğul olacaq. 2019-cu ilin İyul ayı siz lazım olduğu qədər qrup fəaliyyətlərində iştirak edəcəksiniz, özünüzü kollektiv işin içində tapacaq, qonaqlıq tərtib etməyi yaxşıca araşdıracaqsınız, fikirlərinizi hər kəsə bildirəcəksiniz. Hər kəsin qarşısında natiqlik edəcəksiniz, bəlkə də konqresə qatılacaqsınız, professional təşkilatlar tərəfindən fərq ediləcəksiniz və ya bir və bir sıra təşkilatlarla məşğul olacaqsınız. Digər tərəfdən sizin nüfuzunuzu qəbul edən başqaları üzərində dərin təəssürat buraxacaqsınız. Qız bürclərinin işlərini bu zaman boyunca düşüncə və əlaqə əhatə edəcək. 2019-cu ilin İyul ayı iş yoldaşlıqları sizi xəyal qırıqlığına uğradacaq. Özünüzə güvənməniz lazım olacaq. Pula gəlincə hər şey yolunda gedəcək. Sizə hətta kömək edəcəklər. Fiziki görünüşünüz mükəmməl olacaq. Çünki Qız bürcünün idarəçisi Merkuri Günəş və Mars planetinə yaxınlaşacaq və siz enerji, başlanğıclar və güc ilə dolub daşacaqsınız. Mars planetinin təsiri sizi əsəbi, çox döyüşməyə həvəsli və diqqətsiz edəcək. Bəzən bu kimi şeylər sizin sağlamlığınızda da əks oluna bilər.

Tərəzi - Əlaqələr baxımından Tərəzi bürcləri cığırlarla getmək məcburiyyətində qalacaq. Tərəzi bürcünün evlilik evinin idarəçisi olan Mars planeti 2019-cu ilin İyul ayında əhəmiyyətli mövqedə olacaq, lakin uyğun mövqedə olmayacaq. O həm də Uran və Pluton planetləri ilə gərgin əlaqə içində olacaq. Planetlərin belə bir düzülüşü sizə mübarizə, gərginlik və ya hətta münaqişə da gətirə bilər. Hər şey açıq sahədə inkişaf edə bilər. Böhran vəziyyətlərində, hadisələr sizin status və reputasiyanıza zərər vura bilər. Bu zaman boyunca, Tərəzi bürclərinin romantik həyatı ictimai və professional həyatları ilə birləşəcək. Sizin duyğularınız iş seçiminizə təsir edəcək, partneriniz ya sizi dəstəkləyəcək ya da sizə qarşı gələcəkdir. Eşq planeti Venera 2019-cu ilin İyul ayının ilk iyirmi günündə sizi dəstəkləyəcək. Hər hansı bir problemi bu zaman çərçivəsində həllə çatdırmanız lazımdır. Ayın son on günlüyü hətta Venera planeti belə sizə problem meydana gətirəcək. Tərəzi bürclərinin professional həyatı bu ay çox məşğul olacaq. Günəş və Mars Tərəzi bürcünün karier evində olacaq, sizə hədsiz əzm və güc verəcək. Siz öz hədəflərinizi təyin etdiyiniz zaman heç bir şey sizi önləyə bilməz. Başqaları sizi avtoritar, yeni işlərə başlaya bilən, rəqabət edən bir insan hesab edir və qəbul edir. Merkuri planeti də Tərəzi bürcünün karier evində olacaq və intellektual, təhsil, əlaqə və işlə əlaqəli səyahətdə sizə kömək olacaq. 2019-cu ilin İyul ayı sizin üçün xüsusi olan şey zövq aldığınız şan, şöhrət, ictimai həyatınızdakı hər kəsin sizi sevməsi, sizin fikir və proyektlərinizi dəstəkləyən insanları bir araya gətirə bilmə qabiliyyətiniz olacaq. Maliyyə baxımından narahatlıqları həll edəcəksiniz, lakin köhnə işlər yenidən su üzünə çıxa bilər. 2019-cu ilin İyul ayı Tərəzi bürcləri üçün stressli olacaq. Siz çox çalışacaqsınız, qarmaqarışıq münaqişələrlə məşğul olacaqsınız və sizin enerjiniz məhdud olacaq. Siz məqsədinizə çatmaq üçün oturub özünüzü çalışaraq tükətməyə gərək olub olmadığını düşünəcəksiniz. 2019-cu ilin İyul ayının son on günlüyü Tərəzi bürclərinin sağlamlığını diqqətlə izləmək lazım olacaq.

Əqrəb - Əqrəb bürcünün əlaqə evinin idarəçisi olan Venera planeti, Əqrəb bürcünün eşq və cinsilik evinin idarəçisi Yupiter planeti ilə birlikdə sizin doğum xəritənizin ən yüksək nöqtəsində olacaq. Bu şərtlər altında sizin bəzi romantik arzularınız reallaşacaq. Eşq həyatınız məmnuniyyətlə dolub daşacaq və ya sevgiliniz sizə gəlir təmin edəcək xüsusi bir şeyə çatacaq. Beləcə əlaqələri rəsmiləşdirmək və ya əlaqələr vasitəsiylə ictimai statusunuzu inkişaf etdirmək baxımından 2019-cu ilin İyul ayı Əqrəb bürcləri üçün uyğundur. Böyük miqyasdan hər şey xoş görünür. Diqqətli olun, sevdiyinizə çox sual verməyin. Məqsədlərinizə çatmanızı istəyən birisindən istifadə etməyə qalxmayın! Belə munasibətlər üçün siz zərər görə bilərsiniz. 2019-cu ilin İyul ayı karier baxımından Əqrəb bürcləri üçün mükəmməl aydır. Hər iki 'Xeyirxah ' həm Venera, həm də Yupiter Əqrəb bürcünün iş evində parlayacaq. Bu birləşmə ən uyğun və şanslı birləşmədir. O avtoritar insanlardan, sizdən üst mövqedəkilərdən və ya müdirinizdən müvəffəqiyyət, fürsət və xoş görüş gələcəyini göstərməkdədir. Planetlərin belə bir birləşməsi sizə ictimai olaraq kömək edəcək, həllər təqdim edəcək və sizin ən doğru portretinizi çəkəcək. İctimai həyatınızı inkişaf etdirmək, ictimai fəaliyyətlərə, qala və fantastik qonaqlıqlara qatılmanız tövsiyə edilir, çünki belə şeylər sizə yeni fürsətlər təqdim edəcək, məhsuldar əlaqə yaratmanızı təmin edəcək, bəlkə də potensial professional yoldaşlığın başlanğıcı olacaq. 2019-cu ilin İyul ayı boyunca Əqrəb bürclərinin həm iş yoldaşları, həm də sevgililəri onların müvəffəqiyyətlərini paylaşa biləcək. Sağlamlığınıza diqqət yetirməniz lazım gələcək! Əqrəb bürcünün xəstəliklər evinin idarəçisi Mars planeti də 2019-cu ilin İyul ayı uyğun mövqedə olacaq (Yengəc bürcündə zəif mövqedə olacaq). Bu planet Uran və Pluton planetləri ilə münaqişə vəziyyətində olacaq. Gözlənilməz problemlər ortaya çıxa bilər. Özünüzə diqqət yetirin və risklərdən uzaq durun.

Oxatan - 2019-cu ilin İyul ayının ilk 20 günlüyü Oxatan bürcləri üçün güclü romantik partlayış reallaşacaq. Çünki eşq planeti olan Venera, Oxatan bürcünün idarəçisi Yupiter planetinə yaxınlaşacaq. Beləcə siz daha romantik, daha ehtiraslı və həssas olacaqsınız. Təklikdən nifrət edəcəksiniz, ictimai həyatı , yoldaşlarınızla gəzməyi sevəcəksiniz və sevdiyinizlə bir şeylər paylaşmağı hər zamankından daha çox istəyəcəksiniz. Bu dövr siz həyata baxış bucağınızla, dəyərlərinizlə, mədəni və ya ruhi mövzularda inanclarınızı müzakirə edə biləcəyiniz insanların diqqətini çəkəcəksiniz. 2019-cu ilin İyul ayı siz sevdiyinizlə səyahət edə bilərsiniz, uzaqdakı biriylə əlaqə yaradacaqsınız və ya romantik baxımdan əhəmiyyətli səyahət edə bilərsiniz. Digər tərəfdən siz əlaqənizi analiz etməyə meylli olacaqsınız, onun ən həyəcanlı və intellektual baxımdan əhəmiyyətli nöqtələrini araşdıracaqsınız. 2019-cu ilin İyul ayı boyunca Oxatan bürcləri pul ilə məşğul olacaqlar. Siz başqa insanlarla əlaqəsi olan pul, iş ilə maraqlanacaqsınız: yoldaşlıqlardan, varislikdən, sponsorluqdan, fondlardan, borc almaq yolu ilə və s. Qərarlar və başlanğıçlar təbii ki, bu nöqtədə meydana gələcək. Oxatan bürcü iş, bank, sığorta və başqa maliyyə müəssisələriylə aktiv iş görəcək və bu sahələr onlar üçün 2019-cu ilin İyul ayında daha əhəmiyyətli olacaq. Hesab kitab edərək, vəqf quraraq, sərmayə qoyaraq, borcları və malları təşkil edərək işləyəcəksiniz. 2019-cu ilin İyul ayı siz çox qeyri stabil bir zəmin üzərində dayanacaqsınız, bu səbəblə işi şansa buraxmaq olmaz. Uzun vədəli iş yoldaşlıqları müvəffəqiyyət ilə nəticələnəcək, təhsil, media, internet, mədəniyyət və kollec sahələrində fəaliyyətiniz də müvəffəqiyyət ilə nəticələnəcək. Siz spiralın yuxarı hissəsində olacaqsınız. 2019-cu ilin İyul ayının ilk 20 günlüyü Oxatan bürcünün ruh halı çox dəyişən olacaq. Sevincli və optimist ruh halı ilə birlikdə əsəbilik və narahatlıq da olacaq. Fiziki görünüşünüzlə əlaqəli qarışıq bir dövr yaşayacaqsınız. Yüksələn problemlər gec ortaya çıxacaq, lakin Oxatan bürcünün xəstəliklər evinin idarəçisi Venera planetinin 25 İyul tarixində geri getməsiylə onlar da aşkara çıxacaq.

Oğlaq - 2019-cu ilin İyul ayı Oğlaq bürcünün evlilik evi çox aktiv olacaq. Çünki Günəş, Mars və Merkuri planetləri Oğlaq bürcündən keçməkdədir. Günəş sizin evlilik evinizi gücləndirəcək və işıqlandıracaq, Mars enerji verəcək və ehtiras təmin edəcək və Merkuri sizə yeniliklər və dəyişikliklər verəcək. Sizin reaksiyalarınız dərhal və tam vaxtında reallaşacaq, sizin hərəkətləriniz cəsarətli, hadisələr və vəziyyətlər aldadıcı olacaq. Sizin rolunuz yeni işlərə başlayan birinin rolu olacaq. Gözləyib hadisələrin öz-özünə inkişafını izləməkdənsə, ilk addımı atmanız daha yaxşı olar. Bəzən siz çox kobud və qeyri stratejik hərəkət edirsiniz və ya sizin partneriniz hər zamankindən daha enerjili olur. 2019-cu ilin İyul ayı boyunca Oğlaq bürcünün eşq həyatında münaqişə riski olacaq. Səbir və maraq mütləq sahib olmanız lazım olan şeylər. 2019-cu ilin İyul ayı Oğlaq bürcləri həyəcanlı və qarmaqarışıq həftələrdən sonra daha rahat dövrə girəcək. Oğlaq bürcünün karier evinin idarəçisi Venera Yupiter planetinə yaxınlaşacaq. Bu sizi əhəmiyyətli maliyyə gəlirlərin olduğu qarışıq planların içinə itələyəcək. Lakin Feat.Az bildirir ki, hələlik sizin irəli getməməniz tövsiyə olunur, çünki Venera 25 İyul 2019-cu ildə geri getməyə başlayacaq və başladığınız işlər sona çatmayacaq. 2019-cu ilin İyul-Oktyabr aralığı məqsədlərinizi nəzərdən keçirmək üçün və karierinizi yeniləmək üçün uyğun zaman ola bilər. İş yoldaşlıqlarınıza gəlincə 2019-cu ilin İyul ayı Oğlaq bürcləri üçün çox dinamik olacaq, lakin çox da çalxantılı olacaq. Oğlaq bürcləri sağlamlıqlarının keçən ayla müqayisədə daha zəif olduğunun anlayacaqlar. Zamanla həllər də ortaya çıxacaq və hər şey inkişaf edəcək. Lakin sizin əsəbiniz təzyiq altında olacaq. Başqaları ilə əlaqədə stress daha da çoxala bilər. 2019-cu ilin İyul ayı boyunca riskləri görə bilməyəcəksiniz, bu səbəblə ifratdan və tədbirsizlikdən uzaq dayanmanız lazımdır.

Dolça - Venera və Yupiter planetləri Dolça bürcünün əlaqələr evində olacaq, beləcə 2019-cu ilin İyul ayı romantik təkliflər və fürsətlər çoxalacaq. Siz artıq hərəkətə keçmişsiniz, eşq həyatınız harmoniya və sevinc içindədir, siz hər şeyə birlikdə çatacaqsınız (nişan, toy, səyahət, maliyyə və ya ictimai müvəffəqiyyət və s.). Və ya sizin sevdiyiniz sizin də faydalandığınız müvəffəqiyyətdən zövq alacaq. Əgər subaysınızsa, biriylə tanış olacaqsınız. Unutmayın ki, Venera 2019-cu ilin 25 İyulunda geri gedəcək beləcə bütün İyul ayının potensialina baxmayaraq maraqlanmanız lazım olan bəzi problemlər olacaq. Yaxşı ki, siz hər şeyin işıqlanmasına ümid edirsiniz və dərhal hər şey xoşbəxtliklə nəticələnir. Çox hərəkətli və məşğul aydır. 2019-cu ilin İyul ayı Günəş, Mars və Merkuri planetləri Dolça bürcünün iş evində olacaq. Mars planeti sizin işinizə hərəkətlilik qatacaq və onu məhsuldar edəcək. Lakin bu həm də böhrana səbəb ola bilər, böyük iş yükü altında əzilə bilər və işyerində qəzalarla məşğul ola bilərsiniz. Günəş bu sahədə sizin nüfuzunuzu və özünüzə etibarınızı mükafatlandıracaq və sizin yolunuza işıq tutacaq. Merkuri sizin intellektual və əlaqədə olma bacarığınızı itiləşdirəcək, sizə yeni fikirlər və kiçik dəyişikliklər gətirəcək. Günəş-Mars-Merkuri üçlüyü Dolça bürcünə stressli bir ay təqdim edəcək, lakin bu ay çox məhsuldar olacaq. 2019-cu ilin İyul ayı kooperasiya və kontraktlarla dolu xüsusi bir ay olacaq. İşlərin hamısı xoş və məhsuldar olacaq. Əslində yoldaşlıqlar Dolça bürclərinə bu dövr ən böyük maliyyə məmnuniyyəti təmin edəcək. 2019-cu ilin İyul ayı romantik olaraq problemləriniz çox olacaq kimi görünür, Mars planetinin təsiri altında sağlamlığınız sizə problem yarada bilər. Hər şəkildə Dolça bürclərinin problemləri kəskin olacağa bənzəyir, yanma, yoluxucu xəstəliklər, qanamalar, qəzalar və ya kiçik tibbi prosedura böhranları. Digər tərəfdən 2019-cu ilin İyul ayı tibbi təhlillərə başlamaq üçün doğru aydır.

Balıqlar - Balıq bürclərinin eşq evi çox məşğul olacaq. Bu evdə Günəş, Mars, və Balıq bürcünün evlilik evinin idarəçisi Merkuri planeti olacaq. Beləcə 2019-cu ilin İyul ayı sizdə böyük romantik potensial olacaq. Mars cinsiliyi, qazanma təşəbbüsünüzü və macəra ruhunuzu artıracaq. Günəş bunu canlandıracaq və vurğulayacaq və Merkuri yeni və həyəcanlı bir şeyə ehtiyacınızı artıracaq. Romantizmə meyliniz böyüyəcək. Siz sadəcə hər hansı bir eşq nümayişinə qarşı mübarizəyə qarşı gəlmək yerinə, hətta ilk addımı atmağa, ehtirasda birinci olmağa meylli olacaqsınız. Beləcə 2019-cu ilin İyul ayı Balıq bürcləri davamlı duyğular və böyük hisslər yaşayacaq. 2019-cu ilin İyul ayı, əhəmiyyətli lakin qarmaqarışıq, maraqlı inkişafların başlama dövrü olaraq xatırlanacaq. Çünki geri gedən Venera Balıq bürcünün evlilik evini də ziyarət edəcək. 2019-cu ilin İyul ayı aktiv və çiçəklənən dövr olacaq. İşlərinizi könüldən görəcəksiniz və məhsuldar olacaqsınız. Sizin etdiyiniz hər şey doğru və yaradıcı - artistik, təsirli, müvəffəqiyyətli səylərinizə görə ortaya çıxır. Siz həm də mədəni və ya elmi səylərinizin də böyük nəticələrindən zövq ala bilərsiniz və əgər siz idman etsəniz, heyrətə salıcı nəticələr gözləyə bilərsiniz. Maliyyə baxımdan hərəkətdə olacaqsınız. Lakin sıradakı dövr Balıq bürcləri üçün qarışıq olacaq kimi görünür. Gələcək həftələrdə və aylarda professional məqsədlərinizi və təşəbbüsünüz göstərməyə ehtiyac duyacaqsınız. Hədəflərinizi düzəltməniz lazım gələcək. Sizin böyük ehtimalla iş yoldaşlıqlarınızı yenidən nəzərdən keçirməniz lazım olacaq, çünki Venera Balıq bürcünün iş və əlaqələr evləri arasında gedib gələcəkdir. Sağlamlığınızı idarə altında tutmanız lazım olacaq. Çünki 2019-cu ilin İyul ayı Balıq bürcünün idarəçisinin bu bürcün xəstəliklər evində olmasıyla qalmayacaq, hətta bu ev, Venera planetinin də geri getməsi ilə xatırlanacaq. Yaranan problemlər orijinal problemlər olacaq, bu xəstəliklər böyrəklərlə əlaqəli, dəri-zöhrəvi, pankreas, qaraciyər xəstəlikləri ola bilər və ya diqqətsizlik və ifrat da bura aiddir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.