Dünyaya realist gözü ilə baxan 5 bürc

10 Ekim 2020
1 568
0
Dünyaya realist gözü ilə baxan 5 bürc
Realistlər hər zaman faktları uydurmadan ayırırlar. Onlar həqiqət axtarırlar (hətta bu həqiqət narahatlıq yaratsa belə). Realistlər praktik, qərəzsiz, obyektiv və onlar gələcəyə olan perspektivləri aydın görürlər. Bütüb bürclər arasında dünyaya çəhrayı eynəklə baxmayan xüsusi beşlik var. Realist olanda siz hazırda varsınız və ətrafda baş verənlərə diqqət yetirirsiniz.

1. Buğa

Siz impulsiv və ya kor-koranə heç nə etmirsiniz. Siz qərarlar qəbul etmək və ya aktiv tədbirlər görməzdən əvvəl şəraiti dərindən öyrənirsiniz. Siz demək olar hər şeyi planlaşdırırsınız: səfərlərdən və alış-verişdən tutmuş ailəvi şam yeməyinə qədər. Siz işlər yaxşı gedəndə və hər şey istədiyiniz kimi getməyəndə məsuliyyəti öz üzərinizə götürürsünüz. Siz A planının işləməmə ehtimalına hazırsınız və o zaman operativ şəkildə B planına keçirsiniz. Bütün Buğalar həyatda istənilən dəyişikliyə daim hazırdır və məharətlə onlara uyğunlaşırlar.

2. Qız
Siz ancaq böyük mənzərəni görə bilmirsiniz, həm də xırda detallara diqqət yetirməyə qadirsiniz. Bəli, siz realistsiniz, amma fanatizmsiz. Siz vəziyyətin bütün aspektlərini əhatə edirsiniz və özünün və digərlərinin həyatını çətinləşdirmədən onun öhdəsindən necə gəlmək lazım olduğunu anlamaq üçün kifayət qədər müdriksiniz. Siz insanların öz hisslərinin və duyğularının olduğunu bilirsiniz, buna görə onların sizin tərəfinizdən hücum və ya təhlükə hiss etməmələri üçün öz fikrinizi düzgün ifadə etməyə çalışırsınız. Siz dünyanı olduğu kimi görürsünüz və başqalarını onu sizin gözünüzlə baxmağa məcbur etmirsiniz.

3. Əqrəb

Siz heç vaxt haqdan uzaqlaşmırsınız və buna görə də onlar baş verənləri anlamayanda açıqlama üçün sizə müraciət edirlər. Siz hər şeyə realist gözü ilə baxırsınız, mümkün qədər dürüst olmağa çalışırsınız (xüsusilə bu bədbəxtliyin və gələcəkdə problemlərin qarşısını ala biləndə). Təskinlik vermək üçün kiməsə yalan demək - bu sizlik deyil. Əvvəlcə siz tədbir görməzdən əvvəl tam olaraq vəziyyəti anlamalısınız və siz hər zaman öz yaxınlarınıza eyni şeyi etməyi məsləhət görürsünüz.

4. Dolça

Dolça vəziyyəti və baş verənləri dəqiq anlaya bilər. Əgər başqa insanlar sizin məsləhətinizi və ya proqnozlarınızı rədd edirlərsə, hər şey əvvəlcədən gördüyünüz kimi baş verəndə heç nə deməyin. İstehza ilə şərh verməyə çalışmayın: “Mən sizə demişdim axı...”. İnsanlar bəzən verdiyiniz real praktik məsləhətlərə qulaq asmağa meylli olmurlar. Siz sadəcə olaraq reallığı anlamağı və qəbul etməyi bacarırsınız, buna görə də sizə başqaları üzərində kaml almaq lazım deyil.

5. Balıqlar

Siz təəccübləndiniz? Amma bu belədir. Dərrakəli və xəyalpərəst Balıqlar sərt realist ola bilərlər. Bəzən insanlar sizin realizminizi pessimizm kimi qəbul edərək səhv başa düşürlər. Biz çətin vaxtda yaşayırıq və siz hər şeyi olduğu kimi görürsünüzsə, bu o deməkdir ki, sizə ümid var ki, hər şey tezliklə yaxşılaşacaq. Siz ümid edirsiniz ki, realist düşüncənin olması sizə dəyişikliklər üzərində iş üçün sizə stimul verəcək. Realist olmağınıza baxmayaraq, bu sizə başqalarının maraqlarını özünüzdən üstün tutmağa mane olmur. Siz bilirsiniz ki, bu ən yaxşı variant deyil, amma siz ətrafdakılara köməkdən imtina etmək üçün həddindən artıq qərəzsizsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.