28.07.2019 Gündəlik Bürclər (28 İyul 2019 Günlük Bürclər)

27 Temmuz 2019
4 197
0
28.07.2019 Gündəlik Bürclər (28 İyul 2019 Günlük Bürclər)
Qoç
Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.

Buğa
Narahat gündür. Əsəb gərginliyi keçirəcəksiniz. Bu da əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər.

Əkizlər
Güclü müşahidə qabiliyyətiniz dadınıza çatacaq və gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda, münaqişə qaçılmazdır.

Xərçəng
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Şir
Bu gün düzgün qərarlar verəcəksiniz. Köhnə əlaqələrin bərpası gözlənilir. Ehtimal ki, gözlənilməz təklif və dəvət alacaqsınız. Tərəddüd etmədən razılığınızı bildirin, peşman olmayacaqsınız.

Qız
Vaxtınızı ailənizə və sevdiklərinizə ayıra bilərsiniz. Yoldaşlarınızla birlikdə hazırladığınız gözəl plan da gününüzü əyləncəli edə bilər. Ulduzlar bildirir ki, son günlər baş verən olayları şişirdirsiniz.

Tərəzi
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı eksperiment arzuedilməzdir.

Əqrəb
Özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə deyil. Maddiyyata bağlı, həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.

Oxatan
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Oğlaq
Ətrafdakılar sizin müsbət cəhətlərinizi görəcəklər. Bir zamanlar sizin haqqınızda düzgün fikirdə olmayanlar fikirlərini dəyişəcəklər. Gözlənilməz qonağınızın olacağı da istisna deyil.

Dolça
Bir az gözləsəniz, ideyalarınızın reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu, onlarda alınacaq.

Balıqlar
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Arterial təzyiqin yüksəlməsinin səbəbləri
14:00
0

Arterial təzyiqin yüksəlməsinin səbəbləri

Bürclərin Sevilən Özəllikləri - Fotolar
13:00
54

Bürclərin Sevilən Özəllikləri - Fotolar

Mədəciklərarası çəpərin cırılması
12:00
34

Mədəciklərarası çəpərin cırılması

İsti şokolad içkisi - Resept
11:00
53

İsti şokolad içkisi - Resept

Duam Oldu Yazılı Şəkilləri 2019 (10)
10:00
253

Duam Oldu Yazılı Şəkilləri 2019 (10)

Tarixdə Bu Gün - 17 Oktyabr
09:00
53

Tarixdə Bu Gün - 17 Oktyabr

Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (37)
21:00
1 055

Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (37)

17.10.2019 Gündəlik Bürclər (17 Oktyabr 2019 Günlük Bürclər)
20:00
3 746

17.10.2019 Gündəlik Bürclər (17 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (292)
19:00
847

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (292)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ