27.08.2019 Gündəlik Bürclər (27 Avqust 2019 Günlük Bürclər)

26 Ağustos 2019
5 512
0
27.08.2019 Gündəlik Bürclər (27 Avqust 2019 Günlük Bürclər)
Qoç
Aqressiv olmayın. Əks halda şəxsi həyatınızda, ailə münasibətlərində xoşagəlməz problemlər yarana bilər. Dəyişikliklər olacaq. Yeni işlər üçün əlverişli zaman deyil.

Buğa
Uğurlu gündür. Günün ikinci yarısında ünsiyyət, səfər və ya təhsillə bağlı görüləsi işlər istisna deyil. Həmin işlər məsrəflər tələb edəcək. Nəticəni əldə edəndə xərclədiyiniz məbləğə heyfslənməyəcəksiniz.

Əkizlər
Səbrli olun. Çoxdan bəri yarımçıq qalan, təxirə saldığınız problemləri həll edin. Irəliyə doğru hərəkətinizdə maneələr yaradan problemləri mütləq çözün. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sizə sürpriz edəcəyi istisna deyil.

Xərçəng
Səhhətinizlə bağlı gözlənilməyən problem də istisna deyil. Daxili narahatlıq, təlaş sakit həyatınıza mane olacaq. Yaranmış problemlərin öhdəsindən gəlmək üçün bədxərclik etməyin.

Şir
Günün ilk yarısında ünsiyyət dairənizi məhdudlaşdırın. Cari işlərlə məşğul olun, amma fikrinizin yayınmasına imkan verməyin. Konkret adamla dil tapa bimədiyiniz məsələni kollektivdə həll edə bilərsiniz.

Qız
Bilik, bacarıq və peşəkarlıq səviyyənizi nümayiş etdirə bilərsiniz. Axşam saatlarına yaxın ailə üzvləri ilə təmaslarda diqqətli olun. Narahat olmayın, bütün problemləri həll etmək olar. Soyuqqanlı olun.

Tərəzi
Gərgin gün olacaq. Yaxşı olar ki, sizə tapşırılan işi tam yerinə yetirəsiniz. Gün borc qaytarmaq, verdiyiniz vədi yerinə yetirmək və ya küsülü olduğunuz adamla barışmaq üçün münasibdir.

Əqrəb
Günün ilk saatlarından etibarən pul qazanmaq, gəlir əldə etmək şansı yaranacaq. Axşam saatlarında isə çətin durum yarana bilər. Ulduzlar riskə getməyi məsləhət görür. Bu gün başladığınız işlərin nəticələrini gözləməyə dəyər.

Oxatan
Yalançı vədlərə aldanmayın. Təmkinli olun. Çalışdığınız kollektivdə, evdə kiçik münaqişələr istisna deyil. Günün ikinci yarısı konkret plan üzrə hərəkət edin, şəxsi təşəbbüsləri bir qədər məhdudlaşdırmaq gərəkdir.

Oğlaq
Günün maliyyə durumundan razı qalacaqsınız. Günün ikinci yarısında ətrafınızdakı insanlarla təmaslar sizə gəlir verəcək. Yaxşı bələd olmadığınız şəxslərdən alınan məlumatlara tam inanmayın.

Dolça
Məqsədə doğru inamla irəliləyin. Günün ikinci yarısında sevdiyiniz insanlarla münasibətlərin önəmi artacaq. Daxili rahatlıqlıq tapacaqsınız. Ailədə mübahisələr olacağı istisna deyil, sizin fikirlərinizə etiraz eşidəcəklər.

Balıqlar
Günün ikinci yarısında işlə bağlı məsələlər və ailə maraqları arasında münaqişə yaranacaq. Ailə münasibətləri və iş məsələləri sizin üçün mühümdür. Bu təbii ziddiyyətlər qaçılmazdır. Problemləri yalnız gecənin gec saatlarında həll edə biləcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.