14.09.2019 Gündəlik Bürclər (14 Sentyabr 2019 Günlük Bürclər)

13 Eylül 2019
6 405
0
14.09.2019 Gündəlik Bürclər (14 Sentyabr 2019 Günlük Bürclər)
Qoç
Sizin uğurlarınız bu gün bəzilərini təəccübləndirəcək, bəziləri isə sizə həsəd aparacaq. Istənilən başlanğıc üçün məhsuldar gündür. Ulduzlar yaradıcı baxış tələb edən layihələrə xüsusi diqqət yetirməyinizi məsləhət görür.

Buğa
Arzularınıza nəzarəti itirdiyinizdən, ehtimal ki, xoşagəlməz vəziyyətə düşmək riskilə üzləşəcəksiniz. Buna görə də istər işdə, istərsə də şəxsi həyatda hikmətli olun. Gün daha çox yaradıcı işlərə yararlıdır. Bircə istəyinizlə yeni tanışlığa imza ata bilərsiniz. Bu istiqamətdə probleminiz olmayacaq.

Əkizlər
Qarşınızda xoş perspektivlər açılacaq. Təəssüf ki, dəfələrlə imkanları düzgün qiymətləndirməmisiniz. Halbuki, əldən buraxdığınız bu imkanlardan səmərəli istifadə etmək şansınız olub. Müdrik adamın məsləhətinə qulaq asaraq hərəkətə keçin. Bu günə gəlir əldə edəcəyiniz az ehtimal olunur. Güman ki, gözlədiyiniz məbləği bir az gec alacaqsınız.

Xərçəng
Gün xoşagəlməz notla başlayacaq. Günün birinci yarısında yaxınlarla aranızda konflikt yaşanacağı və xoşgəlməz xəbər eşidəcəyiniz ehtimal edilir. Günün ortalarına doğru situasiya dəyişəcək.

Şir
Uğurlu gündür. Işgüzarlıq baxımından fəal olacaqsınız, nəticədə işdə uğur qazanmaq şansınız yaranacaq. Sərbəst şəkildə məhsuldar çalışacaqsınız. Sizin tabeçiliyinizdə olanlarla da yaxşı dil tapacaqsınız. Istənilən danışıqlar üçün uğurlu gündür. Ailə qayğıları da usandırıcı olmayacaq.

Qız
Istədiyinizin hamısına birdən çatmaq mümkün olmayacaq, amma xırda məsələlərin həllində bəxtiniz gətirəcək. Bu üzdən də gələcəyə nikbin baxacaqsınız. Mötəbər şəxslərlə aranızda işgüzar danışıqlar olacaq. Ailə münasibətləri çərçivəsində gözlənilmədən dəyişiklik olacağı ehtimal edilir.

Tərəzi
Gün darıxdırıcı və çətin işlər üçün yararlıdır. Gözləmədiyiniz yerdən gəliriniz olacaq. Günün birinci yarısında ətrafdakılarla ciddi fikir ayrılığı gözlənilir. Günün emosional mənzərəsi getdikcə sabitləşəcək. Axşam ev işlərinin həlli üçün münasibdir.

Əqrəb
Kifayət qədər məhsuldar gündür. Bundan daha çətin məsələlərin həlli üçün istifadə edin. Təəssüf ki, şəxsi müstəvidəki işlərin yoluna qoyulması baxımından elə də uğurlu gün deyil. Sizin ideya və təkliflərinizi ətrafdakılar ürəyiniz istədiyi kimi qəbul etməsələr, onlardan inciməyin. Çünki bu gün siz onlardan fərqli olaraq, çox enerjilisiniz.

Oxatan
Sizi uğurlu gün gözləyir. Heç bir şübhə gətirmədən çətin və vacib işin qulpundan yapışa bilərsiniz. Pul barədə düşünməyin, çünki günün maliyyə mənzərəsi ürəkaçan olacaq. Siz vaxtınızı düzgün bölüşdürməklə həm çalışacaqsınız, həm də istirahətə zaman ayıracaqsınız, həmçinin də yaxınlara diqqət yetirəcəksiniz.

Oğlaq
Əgər məqsədi düzgün qoysanız, gün sizə qələbə və sevinc gətirəcək. Günün emosional mənzərəsi də yaxşı olacaq, xırda xoşagəlməz hallara göz yummaqla özünüzə dərd etməyəcəksiniz. Romantik macəranın başlanacağı ehtimalı isə azdır.

Dolça
Bu gün hərəkətə keçməzdən əvvəl onun fəsadlarını da düşünün. Belə olarsa, xoşagəlməz hallardan qaçmış olacaqsınız. Yaxınlarınızla aranızda əla münasibət hökm sürəcək. Maraq dairənizi yeniləyəcəksiniz.

Balıqlar
Əgər çətinliklərin olmasını istəmirsinizsə, onda yaxşı olar ki, sizə zərəri dəyə biləcək şəxslə aranızda münaqişə yaranmasına imkan verməyin. Gün istənilən azad fəaliyyət üçün əlverişlidir. Çalışmaq imkanlarınız nə qədər geniş olsa, bir o qədər əla nəticələr əldə edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.