21.09.2019 Gündəlik Bürclər (21 Sentyabr 2019 Günlük Bürclər)

20 Eylül 2019
6 342
0
21.09.2019 Gündəlik Bürclər (21 Sentyabr 2019 Günlük Bürclər)
Qoç
Çətin gündür. Maliyyə itkisilə qarşılaşmaq təhlükəsi var. Həmkarlarla aranızda olan fikir ayrılığı işdə diqqətinizi toplamağa mane olacaq. Nəticədə planlaşdırdığınız işlərin yarısını belə həll edə bilməyəcəksiniz.

Buğa
Işiniz o qədər çox olacaq ki, bilməyəcəksiniz ilkin olaraq hansının öhdəsindən gələsiniz. Müttəfiqlərin yardımına güvənin. Onlar sizin müraciətinizə rədd cavabı verməyəcək. Günün ikinci yarısında əlinizə pul gələcək.

Əkizlər
Ətrafda baş verənlərlə maraqlanacaqsınız. Pulu ağılla xərcləyirsiniz. Ehtimal ki, faydalı investisiyaya, yaxud da uğurlu alış-verişə imza atacaqsınız. Günün ikinci yarısı romantik əhvalda olacaqsınız.

Xərçəng
Bu gün həm şəxsi, həm də işgüzar məsələləri həll edə bilərsiniz. Yeni tanışlıq həyatınıza yeni perspektivlər gətirəcək. Gizli arzularınızı reallaşdıracaq adamı tapmaq şansınız olacaq.

Şir
Çox uğurlu gündür. Başladığınız işləri başa çatdıracaqsınız. Idmanla məşğul olmaq, fəal istirahət üçün əlverişli gündür. Həmçinin işdə məhəbbət macərasının təməli qoyulan gündür.

Qız
Günün birinci yarısı əhəmiyyətli uğur gətirməyəcək. Dostlarla görüş, romantik görüş, ailə üzvlərilə ünsiyyət üçün günün ikinci yarısı münasibdir. Yaxınlardan eşitdiyiniz məsləhətlər səhvə yol verməyinizə imkan verməyəcək.

Tərəzi
Etibar etdiyiniz adamlar sizi idarə etməyə çalışacaq. Işdə uğur gözlənilir. Axşam saatlarını xoş keçirməyə çalışın. Bunun üçün maraqlı işlə məşğul olun, yaxud da ev proseduraları ilə özünüzə qulluq edin.

Əqrəb
Ünsiyyət üçün münasib gün deyil. Professional tapşırıq və ya ailə-məişət məsələsinin həlli üçün də münasib gün deyil. Ictimai yerlərdə özünüzü təmkinli aparın.

Oxatan
Yaradıcılıq potensialının yüksəliş günüdür. Elmi-tədqiqat işlərində proqres gözlənilir. Dostluq görüşləri xoş müstəvidə keçəcək. Ehtimal ki, gəliriniz olacaq.

Oğlaq
Gələcəklə bağlı planlar qurun. Onları yaxın zamanlarda reallaşdıra biləcəksiniz. Yaxınlara yardım etmək üçün münasib gündür. Maliyyə məsələlərini həll etmək olar, hesabda səhvə yol verməyəcəksiniz.

Dolça
Başqa bürclərlə müqayisədə “Dolça”lar bu gün daha məhsuldar çalışacaqlar. Yeni işlərə (xüsusilə də gəlir əldə etmək məqsədilə yanaşdığınız) başlamaq olar. Gözlədiyinizdən də çox gəliriniz olacaq.

Balıqlar
Məsuliyyətli işlər üçün münasib gündür. Çətinliklərdən qorxmayacaqsınız. Əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcəksiniz. Bu gün onların rəğbətini qazanmaq da asan olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.