24.09.2019 Gündəlik Bürclər (24 Sentyabr 2019 Günlük Bürclər)

23 Eylül 2019
5 865
0
24.09.2019 Gündəlik Bürclər (24 Sentyabr 2019 Günlük Bürclər)
Qoç
Gün işgüzarlıq baxımdan zirvəyə can atanlara uğur vəd edir. Bu gün müraciət edəcəyiniz orqanlar (məsələn, kredit təşkilatı) sizi mütəəssir etməyəcək. Spirtli içkidən uzaq durun. Işgüzar müstəvidəki məsələlərə daha çox vaxt sərf etdiyinizdən, şəxsi işlərin əksəriyyətini reallaşdırmaq mümkün olmayacaq.

Buğa
Rəğbət bəslədiyiniz adamın diqqətini çəkmək şansınız olacaq. Istedadınızı nümayiş etdirməkdən çəkinməyin. Günün ikinci yarısında bürcün tənha nüayəndələri xarici görkəmlərinə fikir verməlidilər. Çünki onların yarılarını tapmaq şansı olacaq.

Əkizlər
Apardığınız eksperimentlər uğurlu alınacaq. Günün ikinci yarısında səhhətiniz pisləşəcək, xroniki xəstəliklər baş qaldıra bilər. Zədə almaq təhlükəsi də var. Qida zəhərlənməsinin qarşısını almaq üçün ağır yeməklərdən imtina edin və kulinariya eksperimentlərinə girişməyin.

Xərçəng
Ətrafdakılara qarşı çox kəskin mövqedə olacaqsınız. Yaxşı olar ki, özünüzü bur az daha mülayim aparasınız. Belə etsəniz, əhatənizdəkilərin rəğbətini tez qazanarsınız. Yaxınlarınız da sizin istəklərinizi reallaşdırmağa tələsməyəcəklər. Bu məsələyə də anlayışlı yanaşmaq lazımdır.

Şir
Bu gün yeni işlərə başlamaq, həyatınızı dəyişmək olar. Şəxsi müstəvidə baş verən hadisələr sizi sevindirəcək. Sevgilinizlə aranızdakı soyuq münasibətə aydınlıq gətirəcəksiniz. Diqqətli olun, günün ikinci yarısında səhhətiniz korlana bilər.

Qız
Səyahətə çıxmağa hazırlaşan və ya işgüzar dairəni genişləndirməyə çalışanlara gün uğur gətirəcək. Maliyyə problemlərini də həll edəcəyiniz gözlənilir. Şəxsi müstəvidə isə xoşagəlməz situasiya yaşanacaq. Mübahisə və münaqişlər qaçılmazdır.

Tərəzi
Işgüzar müstəvidəki problemlərin öhdəsindən parlaq şəkildə gələcəksiniz. Məhsuldar əməkdaşlığa başlayacağınız da istisna deyil. Gəlirinizin olacağı da gözlənilir. Şəxsi müstəvidə dəyişikliyə can atırsınız. Amma ulduzlar bunun üçün hələlik tez olduğunu bildirir.

Əqrəb
Siz ətrafdakılara tez təsir etmək bacarığına sahibsiniz. Bundan faydalanaraq qoyduğunuz məqsədə çata bilərsiniz. Səbrli olsanız, çoxdan əlinizi üzdüyünüz planları da reallaşdıra bilərsiniz. Yaxşı olar ki, qohum və sevdiyiniz adama təzyiqlər göstərməyəsiniz. Əmr və tələb etməklə heç nəyə nail olmaq olmaz.

Oxatan
Yaradıcılıq potensialınız yüksək olacaq. Bu müdiriyyətin gözündən yayınmayacaq. Işdə uğur gözlənilir. Gün romantik macəra vəd edir. Ehtimal ki, bu gün ciddi münasibətin təməli qoyulacaq. Səmimi olun, hisslərinizi etiraf edin.

Oğlaq
Maraqlı gündür. Günün ilk yarısı tələskənliklə, vacib işlərin həllinə yetişməklə bağlı olacaq. Xırda işləri başqasına həvalə etməklə bunun öhdəsindən gələ bilərsiniz. Bu gün sənədlərin rəsmiləşdirilməsi, hesablama işi ilə məşğul olmayın. Xırda səhvlərdən qaça bilməyəcəksiniz.

Dolça
Gün işdə uğur vəd edir. Lakin şəxsi münasibətlər prizmasından baxanda elə də uğurlu gün deyil. Bu baxımdan emosional mənzərə sabit olmayacaq. Haldan-hala düşməyinizin səbəbini bilməyən ətrafdakılar sizi anlamaqda çətinlik çəkəcəklər. Həyat eşqiniz sönük olacaq. Xroniki xəstəlikdən özünüzü gözləyin.

Balıqlar
Gün maliyyə baxımından uğurludur. Maddi vəziyyətiniz birdən-birə yaxşılaşacaq. Yaxın ətrafla ünsiyyət zamanı atmacalar atmayın. Yaxşı olar ki, hamıya sözünüzü birbaşa deyəsiniz. Arzularınızı dilə gətirməkdən çəkinməyin. Sizi sevənlər onu reallaşdırmaqda yardımçı ola bilərlər.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (33)
21:00
628

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (33)

20.10.2019 Gündəlik Bürclər (20 Oktyabr 2019 Günlük Bürclər)
20:00
2 045

20.10.2019 Gündəlik Bürclər (20 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
786

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
689

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
173

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
288

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
537

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
146

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
442

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ