25.09.2019 Gündəlik Bürclər (25 Sentyabr 2019 Günlük Bürclər)
Buğa - Sevindirici hadisələr yolunuzu gözləyir. Qayğınıza qalanlar xeyli artacaq. Əmin olun ki, bəd günləriniz arxada qalmaqdadır. Ağzıdualı olun ki, İlahinin diqqətini çəkəsiniz.
Əkizlər - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu, daha çox işgüzar əlaqələr zəminində baş verəcək. Saat 16-dan sonrakı ərəfəni isə bütünlüklə sevgiyə həsr edin. Qaba rəftardan uzaq olun.
Xərçəng - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz bir çox məqsədlərə nail ola biləcəksiniz. Ələlxüsus da məhəbbət məsələlərində hər şey ürəyinizcə olacaq. Heç kimə yalan vəd verməyin.
Şir - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki sonrakı ərəfə bu istiqamətdə uğursuz ola bilər. Sizə qarşı irad bildirənlərə qarşı dəliqanlı olmayın.
Qız - Ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olsa da, fəaliyyət zəminində ciddi xoşagəlməzliklər mümkündür. Ümumiyyətlə, yaxşı olar ki, əsas vaxtınızı evdə keçirəsiniz.
Tərəzi - Bir qədər gərgin gündür. Ətrafınızda sizə mane olmaq istəyənlər arta bilər. Bu səbəbdən də maksimum tədbirli olmalısınız. Hər kəsə inanmayın. Bir anlıq neytral mövqe seçin.
Əqrəb - Həyatınız üçün mühüm olan vəzifələri kimlərinsə mənafeyinə qurban verməyin. İndi yalnız özünüz üçün çalışmalısınız. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin.
Oxatan - Əgər səhhətiniz normal deyilsə, bu gün mütləq həkimə müraciət edin. Yoxsa, yatağa düşə bilərsiniz. Gümrah olduğunuz təqdirdə isə ikitərəfli əməkdaşlığa başlaya bilərsiniz.
Oğlaq - Bütün vaxtınızı işə həsr edin. Çünki münasibətlər zəminində elə bir uğurunuz olmayacaq. Olsa-olsa, axşama doğru ürəyinizə yaxın olan adamlara baş çəkə bilərsiniz.
Dolça - Bir qədər mübahisəli gündür. Çalışın ki, özünənəzarət prinsiplərinə riayət edib təmkininizi qoruyasınız. Səhər saatlarından bürcünüzə daxil olan Ayın neqativ təsirini də unutmamalısınız.
Balıqlar - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl! Müqəddəs Avestadakı bu üç prinsipə sadiq qalın. Gələcəyinizin açarı da məhz bundadır. Nədənsə sizdə Xeyirxah Fikir lazımınca alınmır.