06.10.2019 Gündəlik Bürclər (6 Oktyabr 2019 Günlük Bürclər)

05 Ekim 2019
5 578
0
06.10.2019 Gündəlik Bürclər (6 Oktyabr 2019 Günlük Bürclər)
Qoç
Pulla bağlı pessimist duyğulardan uzaq durun. Üstəlik, narahatlıqlarınızı sevgilinizə də hiss etdirə bilərsiniz. Daha çox anlayış gözləmək yerinə, özünüzün anlayışlı davranmağınız vacibdir.

Buğa
Gündəlik işlərinizi davam etdirəcəksiniz. Səbirli və qərarlı olacağınız da istisna deyil. Uzaqlardan alacağınız bir xəbər sizi hərəkətə keçirəcək. Evinizdə məclislər quracaqsınız.

Əkizlər
Hisslərinizi idarə etmək çətin olacaq. Qarşılaşacağınız bəzi hadisələr üzündən həyəcanlanacaqsınız. Qərarsız və narahat vəziyyətdə olacaqsınız. Bu gün gərəksiz mübahisələrə girməyin.

Xərçəng
Maliyyə məsələlərində yeni inkişaflar olacaq. Böyük bir istəklə hərəkətə keçə bilər, yeni cəhdlərə əl ata bilərsiniz. Əhvalınızın yüksək olması, anlayışınızı da yüksəldəcək. Beləcə, işlərinizdə uğur qazana bilərsiniz.

Şir
Hadisələrin inkişafını sakit şəkildə izləyəcəksiniz. Məhsuldar bir gündür. Yeni sərmayələr baxımından əlinizə bəzi fürsətlər keçəcək. Bunları qiymətləndirə bilsəniz, qazancınız artacaq.

Qız
Çox maraqlı bir təklif alacağınız bildirilir. Dərhal hərəkətə keçin. Səbirsiz və təlaşlı davranmayın. Məntiqli davranın. Uzaqlarda olan yaxınlarınızla aranızdakı görüşlər başınızı qarışdıra bilər.

Tərəzi
Anlayışlı və qərarlı bir iş tempi sizi gözləyir. Sürprizlər qarşısında mövqeyinizi qorumağı bacaracaq, məntiqlə hərəkət edəcəksiniz. Gözlədiyiniz nəticələr alınacaq.

Əqrəb
Günün hadisələri sürətlə inkişaf edəcək. Fürsətlərlə qarşılaşacaq, təklifləri çox düşünmədən qiymətləndirəcəksiniz. Maddi durumu yaxşılaşdırmaq məqsədilə yeni üsullara əl atacaq, hərəkətə keçəcəksiniz.

Oxatan
Hisslərinizi yerindən oynadan hadisələrlə qarşılaşacaqsınız. Bir az narahat olacaqsınız. Zehni gərginlik istisna deyil. Eşitdiyiniz xəbərlərin doğruluğunu araşdırmanız vacibdir.

Oğlaq
Problemləri böyütmədən təhlil edəcəksiniz. Maddi durum istənilən ölçüdə olmadığı üçün bu istiqamətdə yeni addımlar atacaqsınız. Ümumilikdə uğurlu gündür.

Dolça
Çətinlik hiss etdiyiniz mövzularla maraqlanmayacaq, diqqətinizi başqa istiqamətə yönəldəcəksiniz. Sevdiyiniz şəxslə aranızdakı münasibətin inkişafını öz axarına buraxacaqsınız. Köklü dəyişikliklər etməniz yaxşı olar.

Balıqlar
Günün bəzi xəbərləri sizi hərəkətə keçirəcək. Istəklərinizi açıqca söyləyə bilərsiniz. Rahat və sakit davranaraq hadisələrə nəzarət etməniz mümkündür. Qrupla birlikdə edəcəyiniz işlər müvəffəqiyyətli olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.