07.10.2019 Gündəlik Bürclər (7 Oktyabr 2019 Günlük Bürclər)

06 Ekim 2019
6 637
0
07.10.2019 Gündəlik Bürclər (7 Oktyabr 2019 Günlük Bürclər)
Qoç
Siz nə baş verdiyi barədə deyil, nəyin baş verəcəyi barədə daha çox düşünürsünüz. Bu mövqe isə o qədər də məhsuldar deyil. Maliyyə itkisi də istisna deyil. Gözlədiyiniz məbləği ala bilməyəcəksiniz. Yaxınlarla münasibətləri daha da gərginləşdirəcəksiniz.

Buğa
Səbirsizliklə gözlədiklərinizdən imtina etməli olacaqsınız. Dostlarla, ya da qohumlarla aranızda mübahisə yaşanacaq. Sakit istirahət üçün vaxt ayırın. Bu yolla gücünüzü bərpa edə bilərsiniz.

Əkizlər
Nə baş verirsə versin, sakitliyinizi qoruyub saxlayırsınız. Bu yaxşıdır. Gün istənilən problemin həlli, müzakirəsi üçün əlverişlidir. Sizin üçün vacib olan informasiyanı bu gün qadınlardan eşidəcəksiniz.

Xərçəng
Həyatınızda dəyişikliklər etmək istəyəcəksiniz. Ulduzlar bunun boş yerə vaxt itkisi olacağını xəbərdarlıq edir. Xoşagəlməz adamlarla münasibətdə kəskin xarakter nümayiş etdirəcəksiniz. Ancaq onlar üzərində qələbə qazanmaq asan olmayacaq.

Şir
Uğursuz gündür. Çox sayda səhvlərə yol verəcəyiniz gözlənilir. Bu gün vacib görüşləri təxirə salın. Ehtimal ki, maliyyə itkisilə üzləşəcəksiniz. Böyük məbləğli alış-veriş üçün münasib gün deyil.

Qız
Ehtimal ki, professional uğurlarınız olacaq. Gün səfərə çıxmaq üçün münasibdir. Yola ailə üzvlərinizlə çıxa bilirsiniz. Bu gün təşkil olunacaq romantik səyahət xoş anlar yaşadacaq.

Tərəzi
Pis əhvala köklənməyin. Günün birinci yarısında neqativ hisslər güclü olacaq. Bu hisslərin sizi yanlış yola çəkəcəyi də gözlənilir. Qadınlarla aranızda ciddi mübahisə yaşana bilər. Günün ikinci yarısında situasiya dəyişəcək. Xoş xəbər eşidəcəksiniz.

Əqrəb
Uğursuz gündür. Mənasız yerə yaxınlarla aranızda fikir ayrılığı olacaq. Yorucu fiziki işlə məşğul olmayın. Ən yaxın adamla aranızda ciddi mübahisə düşəcək. Münasibətlər korlansa da ayrılıq gözlənilmir.

Oxatan
Çox səbirsizlik nümayiş etdirəcəksiniz. Bu isə sizin tarazlığınızı pozacaq. Xüsusilə də təyin olunmuş görüşə gecikməni özünüzə qarşı hörmətsizlik kimi qəbul edəcəksiniz. Günün ikinci yarısında bir zamanlar çətin sandığınız işi asanlıqla həll edəcəksiniz.

Oğlaq
Diqqətinizi toplayın. Bu gün hansısa vacib işdə əla nəticə əldə edə bilərsiniz. Diqqətinizə layiq olmayan işləri başqalarına həvalə edin. Xoşbəxtlikdən könüllülərin sayı kifayət qədərdir. Günün ikinci yarısında sizi tərbiyələndirmək istəyənlərin sayı çoxalacaq. Bu isə getdikcə sizi hövsələdən çıxaracaq.

Dolça
Pozitiv tendensiyaların təsiri güclü olacaq. Özünüzü əla hiss edəcəksiniz. Bu gün təhsilə başlamaq üçün uğurludur. Bir gündə bir neçə işlə məşğul ola bilərsiniz. Romantik bağlılıq da istisna deyil.

Balıqlar
Ona görə uğur qazanırsınız ki, istənilən işə ciddi və məsuliyyətlə yanaşırsınız. Həyat enerjiniz yüksək olacaq. Bu gün idmanla, fiziki işlə məşğul ola bilərsiniz. Artıq yük sizə əziyyət verməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.