11.10.2019 Gündəlik Bürclər (11 Oktyabr 2019 Günlük Bürclər)

10 Ekim 2019
5 599
0
11.10.2019 Gündəlik Bürclər (11 Oktyabr 2019 Günlük Bürclər)
Qoç
Görüş və müzakirələrdə məntiqli olun. Qarşı tərəfə intellektiniz və emosiyalarınızla təsir edə bilərsiniz. Yaradıcılıq imkanlarının həyata keçirilməsi, yaxın ətrafınızdakı insanlardan biri ilə daha aktiv əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.

Buğa
Sizi narahat edən məsələlərin müzakirəsindən çəkinməyin. Ailədə yükünüz artır. Ev işlərinə maksimum vaxt ayırın. Alış-veriş etmək olar.

Əkizlər
Ailə ilə daha çox vaxt keçirin. Özünüzlə yanaşı, yaxın ətrafınız üçün də maraqlı işlə məşğul ola bilərsiniz. Günün ikinci yarısı yaradıcılıq potensialının aşkarlanması üçün uğurlu zamandır. Normal istirahət edin.

Xərçəng
Yaxınlarınızla məsləhətləşin, ümumi planları və ideyaları müzakirə edin. Günün ikinci yarısında planlarınız arasında ən realını gerçəkləşdirməyə başlayın. Axşam saatlarında istirahət edin.

Şir
Bu gün hisslər və emosiyların təsiri altında hərəkət etməyin. Günün ikinci yarısında işləri qaydaya salın. Axşam saatları ev işləri və ailədə müzakirələr, ümumi planların nəzərdən keçirilməsi üçün əlverişlidir.

Qız
Görüləsi işlərlə bağlı planlar az deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım təklif edir. Həmin təklifdən bəhrələnin. Məsləhətlərə qulaq asın. Yeni tanışlıqlar perspektivlidir.

Tərəzi
Qarşılıqlı fəaliyyət gözlənilən nəticəni verə bilər. Axşam saatlarında istirahət edin, stresslərdən qurtulun. Həyətdə işləməkdə fayda var. Ünsiyyətdə problem hiss etmədiyiniz insanla təmaslar faydalıdır.

Əqrəb
Çətin işin çözülməsində tanışlardan biri karınıza gələcək. Gərgin situasiyalarda gələcəyi düşünərək təmkinli davranın. Bilavasitə ətrafınızda olan insanların maraqlarını nəzərə alın. Alacağınız yeni məlumat mürəkkəb problemi həll etməyə imkan verəcək.

Oxatan
Yardım üçün kiməsə müraciət etmək fikrinə gəlsəniz, məsləhətləri dərhal qulaqardına vurmayın. Əks təqdirdə sizə gərəkli insan probleminizin həllinə marağını itirə bilər. Praktiki məsələləri nəzərdən keçirin.

Oğlaq
Yeni işlərə başlamaq olar. Məqsədləri razılaşdırmaq və hədəfə çatmağın yollarını müzakirə etməyin çətinlik yaratdığı sahələrdə ciddi dəyişikliklər istisna deyil. Boş söhbətlərə qatılmayın, vaxtınızı səmərəli sərf edin.

Dolça
Cari işlər fikrinizi yayındıra bilər. Eyni vaxtda bir neçə yerdə sizi gözləyirlər. Yaşam sizin çeviklik, qıvraqlıq və reaksiyanızı sınağa çəkəcək. Bir neçə gün əvvəl başladığınız və hələ də bitirmədiyiniz işi başa vurun. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Balıqlar
Işdən həzz almağa çalışın, problemlərin həllində məntiqli davranın. Heç nəyi qəsdən çətinləşdirməyin. Çoxdan bəri diqqətinizi və qayğınızı gözləyən insanları xatırlayın. Təmiz havada mümkün qədər çox vaxt keçirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.