16.11.2019 Gündəlik Bürclər (16 Noyabr 2019)

15 Kasım 2019
4 430
0
16.11.2019 Gündəlik Bürclər (16 Noyabr 2019)
Qoç
Işlər, dekorasiya, evi maraqlandıran və ya birlikdə yaşadığınız kəslərlə bağlı mövzular ön planda olacaq. Özünə inamınızı qorumalı, pis vərdişlərdən, həyatınızda istəmədiyiniz əşyalardan xilas olmalısınız.

Buğa
Evinizdə rahatlıq təmin edəcək və ya ümumi mənada sizi rahatlığa qovuşduracaq dəyişikliklər edə bilərsiniz. Yaxşı olar ki, qonaqlarınızı evinizdə qarşılayın. Çünki evdə qonaqlıq vermək maddi baxımdan daha sərfəlidir.

Əkizlər
Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Həyatınızda özünüzü yaxşı hiss etmənizi təmin edəcək dəyişikliklər edə bilərsiniz. Müəyyən jestlər gözləyirsinizsə tələbləriniz qarşılıqlı olacaq.

Xərçəng
Sizinlə eyni fikirdə olmayanlar və ya yaxşı niyyətinizdən faydalanmaq istəyənlər çətinlik yarada bilər. Günü yaxın ətrafınızla, çox səmimi olduğunuz kəslərlə keçirməniz məsləhətdir. Başqalarının irəliləməsi üçün deyil, öz həyatınızı inkişaf etdirməniz barədə düşünün.

Şir
Qazanclı razılaşmalar istisna deyil. Sövdələşməyə və bazarlığa hazır olun. Eşq həyatınızda müsbət inkişaflar olacaq, romantik planlar söz mövzusudur.

Qız
Təzyiq altında səhv qərarlar verə bilərsiniz. Razılaşmalar, borc alacaq məsələləri və ya sərmayələr də günün mövzusu ola bilər. Köhnə iş birlikləri və ya ortaqlıqlar ümidinizi doğrultmaya bilər. Maliyyə baxımından bəzi narahatlıqlarınız olacağı da istisna deyil.

Tərəzi
Romantik mövzular ön plandadır. Axtardığınız xüsusi adama çatma meyli və daha parlaq bir gələcəyə aid planlar günün mövzusudur. Səyahətlər əsnasında kiçik çatışmazlıqlar yaşana bilər. Fiziki işlər görərkən diqqətli olmaqda fayda var.

Əqrəb
Gözlənilməz xərcləmələr və ya hadisələr ola bilər. Əyləncəli planlar qura bilərsiniz. Ümumilikdə gözəl bir gündür. Sağlamlığınızın qayğısına qalın. Yalnız gecə saatlarında gərginlik hiss edilə bilər.

Oxatan
Diqqətlər üzərinizdədir, zəkanız və yaradıcılığınızla göz qamaşdırırsınız. Maraq göstərdiyiniz sahələr xüsusi bir adamla ortaqlığa, əməkdaşlığa zəmin hazırlayır. Romantizm ön planda olacaq.

Oğlaq
Tələblər stress yarada bilər. Yer, ya da mühit dəyişikliyi və ya fərqli yerlərə ediləcək ziyarətlər başınızı qarışdıracaq, qarşı-qarşıya olduğunuz problemlərə həll tapmanıza kömək edə bilər.

Dolça
Bu gün qara fikirlərdən xilas ola bilərsiniz. Ayrıca, peşə fəaliyyətinizdə sizi daha çox önə çıxara biləcək imkanlar yaranacaq. Əlinizə düşən fürsətləri dəyərləndirin.

Balıqlar
Evlə əlaqədar problemli mövzulardan uzaq durmanızın faydasını görərsiniz. Bu sahədə geri addımlar ata bilərsiniz. Ictimai planlar və əyləncəli fəaliyyətlər başınızın rahatlamasını təmin edəcək. Ani reaksiyalardan qaçın.
Əvvəlki Xəbər Növbəti Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras...
04:14
0

Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras...

2020-ci ildə Bu Bürclər Varlanacaq!
00:04
257

2020-ci ildə Bu Bürclər Varlanacaq!

Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (40)
21:00
514

Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (40)

07.12.2019 Gündəlik Bürclər (7 Dekabr 2019)
20:00
1 670

07.12.2019 Gündəlik Bürclər (7 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (341)
19:00
611

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (341)

2020 Yeni il Şəkilləri (6)
18:30
329

2020 Yeni il Şəkilləri (6)

Sevgi sağlamlığın zəmanətidir
18:00
173

Sevgi sağlamlığın zəmanətidir

Bi Papatya Yazılı Şəkilləri 2019 (17)
17:00
551

Bi Papatya Yazılı Şəkilləri 2019 (17)

Düzgün qamət necə olmalıdır?
15:00
114

Düzgün qamət necə olmalıdır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ