14.12.2019 Gündəlik Bürclər (14 Dekabr 2019)

13 Aralık 2019
5 926
0
14.12.2019 Gündəlik Bürclər (14 Dekabr 2019)
Qoç
Yeni kommersiya layihələrinin reallaşdırılması üçün əlverişli gündür. Günün axırlarında yaxınlarınızla aranızda mübahisə edəcəksiniz. Söhbət adi məişət məsələsindən gedəcək. Araya sakitlik çöksün deyə, yumor hissinizi işə salmalı olacaqsınız.

Buğa
Şən, xoş gündür. Yaradıcı potensialınız yüksək olacaq. Yeni, maraqlı tanışlıq gözlənilir. Baş gicəlləndirən romantik macəra da istisna deyil. Əgər öz yarınızı tapmısınızsa, onda sizi qısqanması üçün şərait yaratmayın.

Əkizlər
Əlinizə hansı işi götürürsünüzsə, öhdəsindən rahat gələcəksiniz. Planlaşdırılmamış səyahətdən uzaq durun. Yol sizə darıxdırıcı gələcək və heç bir xoş təəssürat ala bilməyəcəksiniz. Bu gün məişət texnikası almayın.

Xərçəng
Yaxın adamınızla vacib məsələni müzakirə etməyin vaxtıdır. Bu vaxt ərzində sakitliyinizi qoruyub saxlaya bilməyəcəksiniz. Gün maliyyə baxımından yaxşıdır. Bu gün əlinizə pul gəlməyə bilər, ancaq onu hansı mənbədən əldə edə biləcəyinizi müəyyənləşdirəcəksiniz.

Şir
Gərgin, ancaq maraqlı gündür. Yeni romantik macəranın başlayacağı istisna deyil. Bu əlaqə sizə çox sevinc bəxş edəcək. Günün ortalarında neqativ tendensiyalar baş qaldıracaq. Yaxşı olar ki, ruhdan düşməyəsiniz.

Qız
Yeni işə başlamaq olar. Bu gün təməli qoyulan münasibət romantik xarakter ala bilər. Əhvalınız yaxşı olacaq. Heç kim sizin əhvalınızı korlaya bilməyəcək. Istənilən situasiyada yaxşı məna tapacaqsınız.

Tərəzi
Sakit gündür. Günü yaxınlarınızın, köhnə dostlarınızın əhatəsində keçirin. Ehtimal ki, ya hədiyyə alacaqsınız, ya da gəliriniz olacaq. Fiziki iş, idmanla məşğul olmaq üçün günün birinci yarısı münasibdir. Günün qalan saatlarını isə sakit işlərə həsr edin.

Əqrəb
Işdə uğur gözlənilir. Böyük məbləğli alış-verişlə, maliyyə məslələri ilə bağlı sövdələşmələrdə sərbəst hərəkət edin. Günorta vaxtları ünsiyyət, dostla, yaxud da romantik görüş üçün münasib gündür. Bu gün əhvalınız yaxşı olacaq. Axşamüstü təklikdə qalmaq istəyəcəksiniz.

Oxatan
Işləriniz qaydasında gedəcək. Fürsətdən istifadə edib yaxınlarınızın problemlərilə maraqlana bilərsiniz. Təhsil üçün münasib gündür. Alış-veriş edərkən qənaətcil olun.

Oğlaq
Şəxsi müstəvidə işlərinizi qaydaya salmaq üçün əlverişli gündür. Çoxdan maraqgöstərdiyiniz adamı görüşə çağıra bilərsiniz. Köhnə dostlar yenidən peyda olacaq. Planlaşdırılmamış görüşlər istisna deyil.

Dolça
Böyük alış-veriş etmək olar. Pulla bağlı qərar vermək, nəyisə dəyişmək, bölüşmək üçün də münasib gündür. Bu gün tənbəlliyə yol verməyəcəksiniz. Ailə üzvlərilə aranızda xırda fikir ayrılığı olacaq.

Balıqlar
Bir işi tamamlayan kimi o birisindən yapışırsınız. Özünüzə istirahət vermirsiniz. Həyat eşqi yüksək olacaq. Bu səbəbdən də heç bir iş sizə çətin gəlməyəcək. Yola çıxmaq üçün də əlverişli vaxtdır. Yaxın vaxtlarda istifadə edəcəyiniz bir informasiya alacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.