15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)

14 Aralık 2019
5 283
0
15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)
Qoç
Bu gün adi gündəlik işlərlə məşğul olmaq yaxşıdır. Köhnə dostlar ilə söhbət sizi sevindirəcək, yeni tanışlıq isə müsbət emosiyadansa, daha çox narahatlıq gətirəcək. Çox bahalı müxtəlif cihazlar, o cümlədən mürəkkəb müasir texniki vəsait almaq olar. Axşam əl işləri, mətbəx eksperimentləri üçün münasib vaxtdır.

Buğa
Gün hansısa yaxınlarınızla əlaqədar mühüm məlumatların alınması ilə bağlıdır. Maddi çətinliklər yarana bilər, onların öhdəsindən gəlmək asan olmayacaq. Buna baxmayaraq, vəziyyətdən çıxış yolu mütləq tapacaqsınız. Bu günün hadisələri üzündən sonrakı bir neçə həftə ərzində çox məşğul olacağınız istisna deyil.

Əkizlər
Gün dolğun və maraqlı olacaq. Günün sonlarına doğru yorğunluq hiss edəcəksiniz, lakin qazandığınız qələbələrdən yəqin ki, razı qalacaqsınız. Işgüzar münasibətləri, maliyyə və əmlak məsələlərini həll etmək olar. Romantik münasibətlər baxımından neytral, təhsilə başlamaq üçün isə məhsuldar gündür.

Xərçəng
Mürəkkəb və ciddi problemlər barədə düşünmək, mühüm qərarlar qəbul etmək olar. Intellektual potensialınız yüksəkdir, çətin vəziyyətdən çıxış yolu tapmaq asan olacaq. Yaşlı insanlarla ünsiyyətdə olun, çünki onların təcrübəsinin sizə faydası dəyəcək.

Şir
Günün birinci yarısında emosional fon əlverişsizdir, istənilən problem həlledilməz kimi görünəcək. Bu zaman mühüm qərarlar qəbul etməyə dəyməz. Yaxınlar ilə əmlak, maliyyə ilə bağlı hansısa ciddi məsələləri müzakirə etmək də lazım deyil. Mübahisə qaçılmazdır. Axşama doğru neqativ təsir azalacaq.

Qız
Yeni layihələr, təşəbbüs göstərmək üçün münasib gündür. Dostlar və məsləkdaşlarla ünsiyyət sizi sevindirəcək. Onlar ideyalarınızı dəstəkləyəcəklər. Xeyirxah əməlləriniz nəzərə çarpmadan qalmır. Əgər bu gün uzaq səfərə gedəcəksinizsə, uğurlu olacaq.

Tərəzi
Əla gündür. Yaxşılığa doğru dəyişikliklər həyatın bütün sahələrində özünü göstərir. Öz arzunuza doğru addım atmaq üçün münasib vaxt yetişib. Maraqlı görüşlər, yeni tanışlıq gözlənilir. Əks cinsin mənsubları sizə böyük maraq göstərirlər.

Əqrəb
Sakit xoş bir gündür. Başgicəlləndirən uğurlar olmasa da bu günə ciddi problemlər də gözlənilmir. Dostlarla ünsiyyət əhval-ruhiyyənizi qaldıracaq. Onlarla aparacağınız ən sadə söhbətlərdən belə xeyli faydalı informasiya əldə edəcəksiniz. Ev işlərinin öhdəsindən məharətlə gələcəksiniz.

Oxatan
Günün yalnız bir nöqsanı var, o da emosional mənzərənin əlverişsiz olması ilə bağlıdır. Məhz buna görə də bir çox nümayəndələr pis əhval-ruhiyyədə olacaq, boş şeylərə görə hirslənəcək, yaxınları ilə savaşacaqlar. Planlaşdırılmamış xərclik, maliyyə itkisi istisna deyil. Ancaq onlar sizin büdcəsinə ciddi zərbə vurmayacaq.

Oğlaq
Ehtiyat tələb edən mürəkkəb gündür. Hansısa mühüm məsələləri müzakirə etməyin. Istənilən an münaqişə yarana bilər, münasibətlərinizi uzun müddətlik korlamaq təhlükəsi var. Digər tərəfdən, məhz bu gün sizi anlayacaq, dinləyəcək insana rast gəlmək şansınız da var.

Dolça
Gün xoş yeniliklərlə sevindirəcək. Bürcün bir çox nümayəndələri hansısa çoxdankı arzusunu həyata keçirə biləcək. Maliyyə mənzərəsi gözəldir, böyük alış-veriş və hansısa planlaşdırılmamış əyləncələrə yol vermək olar. Yaddaqalan görüş ehtimalı var. Maraqlı insanla tanışlıq ola bilər.

Balıqlar
Pozitiv enerjin təsiri üstünlük təşkil edir. Gün uğurludur. Siz çox gözəl görünüşünüzlə ətrafdakılarda ən xoş təəssürat yardacaqsınız. Sizi çoxdan maraqlandıran insanın xoşuna gəlmək şansınız da var. Gün təkcə romantik münasibətlərin yeni başladığı üçün deyil, həm də kəsilmiş əlaqənin bərpası üçün də əlverişlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.